Mədət Quliyev məhbusların şikayətini necə "araşdırıb"?

23.06.2014 - 00:52

Penitensiar Xidmətin əməkdaşı
rəisin otağında məhbusu qolu qandallı “dinləyib” və…

 

Penitensiar Xidmətin əməkdaşı
rəisin otağında məhbusu qolu qandallı “dinləyib” və…

 

Məlum olduğu kimi 12 saylı Cəza Çəkmə
Müəsissəsində və Qobustan Qapalı Həbsxanasında cəza çəkən bir qrup məhbus dövlət
başçısına müraciət edərək həbsxananın rəhbərliyi tərəfindən üzləşdikləri
qanunsuzluqlar, korrupsiya və işgəncə halları barədə şikayət edərək ölçü
götürülməsini xahiş etmişdilər. Penitensiar Xidmət öncə bu məlumatları
yalanlasa da sonradan şikayətlərin araşdırılacağını bildirdi. Ötən müddət
ərzində həqiqətən də Penitensiar Xidmət tərəfindən məhbusların şikayətləri
“araşdırılıb”. Bu barədə “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai
Alyansına məhbusların özləri və ailə üzvləri məlumat veriblər.

 

Qobustan
Qapalı Həbsxanasında ömürlük
cəzaya məhkum edilənŞakir Rzaxanov anası Müslimat Rzaxanova bildirib ki, onun şikayətini
araşdırmaq üçün Penitensiar Xidmətdən Elşən adlı təhqiqatçı həbsxanada onunla
görüşüb. Müslimat Rzaxanova “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai
Alyansına bildirib ki, oğlunun şikayəti Penitensiar Xidmət tərəfindən formal
araşdırılıb; “Oğlumun
əlləri arxadan qandallanaraq korpusların qabağında insan ləyaqətini
alçaldan tərzdə gəzdirilib. Əvvəl həbsxananın rəis müavininin otağının qapısında
bir saata yaxın saxlayıblar, qolları ağrıdığı üçün oğlum əllərinin
qabaqda qandallamağı xahiş etsə də bunu etmirlər. Oradan rəisin kabinetinin
qapısında bir saata yaxın həmin vəziyyətdə, arxada qandallı saxlayıblar.
Nəhayət PX-dən gələn Elşənlə rəisin kabinetində onu qolları bağlı qəbul
edir. Təxminən bir saat yarımdan sonra, ağrıdan halsız vəziyyətə çatdıqdan
sonra qandalı qollarındanaçıblar. Oğlum Elşən adlı təhqiqatçıya
həbsxana rəisinin ona qarşı qərəzli hərəkətlərinə faktlarla aydınlıq
gətirdiyi halda, təhqiqatçı həbsxana rəisininoğluma qarşı hər hansı
qanunazidd hərəkət etmədiyini bildirir (!?). İndi gəlin birlikdə düşünək,
qapalı həbsxanada tam informasiya blokadasında və köməksiz vəziyyətdə saxlanan
məhbusa “mən rəisəm, nə edirəmsə əcəb eləyirəm” deyən rəhbərlikdən nə
gözləmək olar? Həbsxana rəisi hətta həbsxana həkiminin də
səlahiyyətlərini mənimsəyir. Tabeliyində olan personal vasitəsilə məhbuslara qolu
bağlı qul kimi istədiyi işgəncəni verir və digər qanunsuz hərəkətlər
edir, məhkumlara qarşı saxta ittihamlar
tərtib edərək rəsmiləşdirir. Ən dəhşətlisi odur ki, onun saxta
ittihamlarının doğru, məhbusların isə “demaqoq” olduğu
barədə fikir formalaşdırılır. Son zamanlar Qobustanda məhbus
ölümləri barədə məlumatlara heç kim münasibət bildirmir. Həkimin
səlahiyyətləri sıfırdır. Çoxsaylı məhbuslar həkim Niyazi Eyvazovdan dad
çəkirlər. İmkansız məhbuslar həkimin üzünə həsrət qalıb. Məndə olan
məluimata görə, infark keçirmiş ürək xəstəsi Cəfərov Vaqif Cəfər
oğlu amansızcasına döyülərək uzun müddətdir karsda saxlanılır. Halbuki
belə xəstənin işgəncələrlə karsda saxlandığını həkim Niyazi Eyvazov da görür. Eyni
zamanda cərimə təcridxanasında amansızca döyülərək dözülməz hala salınmış
Həsənov Habil Yunus oğlunun yaxınları (və digərləri də) məndən onlara
hüququ kömək etməyi xahiş edib. Havaların belə isti keçdiyi bir vaxtda
məndə olan məlumata görə, karslar doludur. Halbuki vaxtı ilə həbsxana
rəisi işləmiş Məmməd Zeynalov çox müddət əvvəl karsları sökərək ləğv edib,
“onsuz da ağır şəraitdə saxlanırlar” deyib hər hansı məhbusu döyüb
karsa salmayıb, profilaktik söhbətlər və digər üsullardan istifadə edirdi,
təsadüfü hallarda istifadə etmək üçün tək bir dənə ŞİZO saxlamışdı.
Hazırda baxın nə qədərdir. Hamısı da dolu. 1998-ci ildən bu günə kimi
görmədiyimiz soyqunçuluq barədə məhbus yaxınlarından eşitdiklərimdən
şoka düşmüşəm. Gəlin görək necə sübut edə bilərik? Heç cür. Əgər mən
məhbus yaxınlarının adını çəksəm, həmin məhbusu mənim oğlumun
gününə salar Şahin Osmanov, bu birmənalıdır! Hazırda rəis Şahin Osmanov elan
edib ki, Prezidentə, Ədliyyə nazirinə, Ombudsmana, Mədət Quliyevə müraciətlər
olan zərf ünvanına göndərilməsi üçün bağlanmadan, açıq vəziyyətdə rəisə
verilsin (!?) Bunu şəxsən oğluma bildirməklə yanaşı, ona nə mənim
göndərdiyim məktublar verilib, nə də ondan əlaqədar dövlət strukturlarına,
məhkəməyə, ombudsmana, mənə ünvanladığı məktublar qəbul olunmur! Mədət
Quliyevin apardığı araşdırma hazırda belə nəticələnib. Bir ana kimi mənim
“oğlumu vurmaq üçün niyə onun yanına məhbus salırsan?” sualıma “əcəb eləyirəm” deyən rəis hesab
edirəm yuxarıdan sərəncam alır.

 

12 saylı Cəza Çəkmə Müəssisəsinin bir
qrup məhbus tərəfindən dövlət başçısına ünvanalanan müraciəti də Penitensiar
Xidmət özünə məxsus şəkildə “araşdırıb”. Belə ki, verilən məlumatlara görə Penitensiar
Xidmət əməkdaşları məhbuslardan zorla “müraciətə biz imza atmamışıq” etirafı
almaq üçün onlara şiddətli təzyiqlər edirlər. Bu barədə məhbusların özləri və
ailə üzvləri “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansına bildiriblər. Məsələn,12 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkənHüseynov Ceyhun Əbülhəsən oğlunun həyat yoldaşı Alyansa zəng edərək həyat yoldaşının
buna görə ciddi təzyiqlərə məruz qaldığını bildirib və Alyansdan kömək istəyib.
Digər məhbuslar da Alyansa oxşar müraciət edərək onların şikayətinin
Penitensiar Xidmət tərəfindən qeyri- qanuni yolla araşdırılaraq təzyiqlərə məruz
qaldıqlarını bildirirlər.

 

Göründüyü kimi Penitensiar Xidmət bu quruma və dövlət başçsına
ünvanlanan müraciətlərə qanun çərçivəsində baxıb problemləri həll etmək əvəzinə
məhbusları zor gücünə susdurmaq, onları
öz şikayətlərindən imtina etmək yolunu tutub.

 

(Yazı “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai
Alyansının məlumatları əsasında hazırlanıb)

Short URL: http://www.cumhuriyyet.net/?p=16367

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31