"Kurtlar vadisi"ndə şok ayrılıq

23.06.2014 - 13:09

Abdulhey serialdan ayrılmaq barədə qərar verib
“Kurtlar vadisi”ində Abdulhey rolunu canlandıran Kənan Çoban serialdan
ayırılır. ANS PRESS-in məlumatına görə, bu barədə Kənan Çoban özü qərar
verib.

Abdulhey ayrılmaq barədə qərarını serialın bu mövsümdəki son
bölümünün çəkilişləri zamanı verib. Lakin Necati Şaşmaz onu fikrindən
daşındırmağa çalışıb. Ona görə də serialın son bölümündə filmi elə
çəkiblər ki, Abdulheyin ölüm-ölmədiyi dəqiq bilinmir. N.Şaşmaz ümid edir
ki, Abdulheyi bəlkə də verdiyi qərarı dəyişdirər.

Türkiyə mətbuatında yer alan məlumata görə, Abdulhey artıq yeni
serialda oynayacağı ilə razılığa gəlib. Yeni serialın senaristləri bir
vaxtlar “Kurtlar vadisi”nin senarisini yazmış Bahadır Özdener və Cüneyt
Aysandır.

Sentyabr ayında yayımlanacaq serialda Abdulhey narkotik qaçaqmalçılarına qarşı mübarizə aparacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=16372

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31