Zaqatalada qanunsuz balıq gölləri – VİDEO
Qanunsuz balıqçılıq göllərinin yaradılması ölkədə çox böyük narahatlıq yaradır. Bu gölləri harada gəldi, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradırlar və bunun nəticəsində kənd təsərrüfatı təyinatlı torpaqlar şoranlaşmaya məruz qalır. Həmin torpaqlardan kənd təsərrüfatı məqsədi ilə istifadə imkanları məhdudlaşır. Yekunda isə ətraf mühitimiz ziyan görmüş olur. Qanunvericiliyə əsasən, akvakultura fəaliyyətinin həyata keçirilməsi üçün texniki-iqtisadi, eyni zamanda texnolji əsaslandırma təqdim edilməlidir. Sənədlərə baxıldıqdan sonra bu fəaliyyətə icazə verilir. Cumhuriyyet.az olaraq Zaqatala rayon ərazisində bir neçə belə qanunsuz göllər aşkarlamışıq.
Bu göllərlə bağlı aparılan monitorinqlər və araşdırmalar zamanı müəyyən edilib ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni sututarlar (gölməçələr) yaradılır. Həmin gölməçələrin əksəriyyətindən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilir.Nəticədə həmin gölməçələrin ərazilərinə aid torpaq sahələrinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır.
Short URL: http://www.cumhuriyyet.net/?p=163721