"…Bakıda biabırçı hadisələr gözlənilir"

23.06.2014 - 16:34

Azərbaycanlı oliqarxa qarşı para qiyamı

 
“4 aydır maaş və mükafatları almırıq. Hafiz Məmmədov bizə ayın 22-ə
qədər vaxt verdi ki, gözləyin. Bu gün yenə zəng elədik. Qardaşı Zeynal
Məmmədov dedi ki, pul yoxdur və olmayacaq”.
Bu
barədə Axar.az-a Hafiz Məmmədovun sahibi olduğu “Bakı” futbol klubunun
məşqçi korpusundan adının çəkilməsini istəməyən şəxs bildirib. 
Onun
dediyinə görə, futbolçular sabah yenidən Hafiz Məmmədova sonuncu dəfə
müraciət edəcəklər. Müraciətlərinə cavab verilməyəcəyi halda son şikayət
ünvanı UEFA olacaq.
Xatırladaq ki, Hafka ləqəbli
iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Bakı” futbol klubunda 4 aydır
ki, futbolçu və məşqçilər əmək haqları və mükafatlarını ala bilmirlər.
Mənbənin
bildirdiyinə görə, “Bakı”nın futbolçuları pulsuz qaldığı halda
Məmmədovun bir ingilis klubunu 58 milyon avroya alması onları
qəzəbləndirib.
“Onlar sabahacan vaxt verdilər. Yoxsa, Bakıda biabırçı hadisələr gözlənilir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=16374

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31