"Demokratiyadan daha bir addım geri…"

25.06.2014 - 11:07
“The Guardian”da Azərbaycanın məhkəmə sistemi barədə məqalədə Andlılar institutundan imtina belə qiymətləndirilir 

Böyük Britaniyanın “The Guardian” qəzeti Azərbaycanın məhkəmə
sistemində baş verənlər barədə məqalə dərc edib. “Azərbaycan Andlılar
Məhkəməsindən imtina etdi” başlıqlı məqalədə göstərilir ki, Azərbaycan
hökuməti məhkəmə sistemini nəzarətindən buraxmamaq üçün nəinki Andlılar
institutunun tətbiqinə imkan vermədi, ümumiyyətlə, bu məsələni
qanunvericilikdən çıxartdı. Məqalənin tərcüməsini təqdim edirik:

***

Azərbaycan hökuməti uzun müddət Andlılar Məhkəməsinin tətbiqi ideyası
ilə oynayandan sonra indi bu ideyanı ümumiyyətlə, kənara atdı.

Əsas dəyəri insan haqları olan Avropa Şurası kimi bir təşkilatın
Nazirlər Komitəsinə sədrlik edən ölkədə Andlılar Məhkəməsinin tətbiqinin
lazım olub-olmaması məsələsi müzakirə olunurdu. Ötən həftə bu məsələ
ilə bağlı qərar qəbul edən hökumət tərəfdarları iddia edir ki, sıravi
vətəndaşların Andlılar Məhkəməsi funksiyasını yerinə yetirə bilməsi üçün
yetərincə hüquqi biliklərə malik deyil. Tənqidçilər isə bu fikrə etiraz
edirlər. Onlar hesab edir ki, Azərbaycan hökuməti məhkəmə sistemini
əlindən buraxmaq istəmir.

Hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Əli Hüseynli
deyib ki, o, Andlılar məhkəməsi institutunu özünün də yaşadığı bu keçmiş
sovet respublikasında işləməyəcək Qərb fenomeni kimi görür.

“Andlılar əsasən hüquq təhsili olmayan insanlardan ibarət olur. Ona
görə də bir çox hallarda hüquqi qərarlar verə bilmirlər”, – deyə Əli
Hüseynli bildirib. Onun sözlərinə görə, digər deputat həmkarları da
“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edərək, Andlılar
institutu ilə bağlı məsələnin qanundan çıxarılmasının tərəfdarı olublar.

Əli Hüseynli deyir ki, müzakirələr zamanı prokurorluq təmsilçiləri də
Andlılar məhkəməsinin Azərbaycanda tətbiqinin əleyhinə çıxıblar.

Tənqidçilər isə deyir ki, əsl problem başqadır. Andlılar məhkəməsi
institutunun tətbiqi, prosesdə andlı iclasçıların iştirakı prokurorları
daha çox işləməyə, məhkəmələri daha müstəqil olmağa vadar edəcəkdi.

“Azərbaycan məhkəmələrində andlılar institutunun tətbiqinə
başlansaydı, hakimlərin siyasi sifariş əsasında həbs olunmuş vətəndaşlar
barəsində ədalətsiz qərarlar verməsi praktikasına son qoyula bilərdi”, –
deyə vəkil Namizəd Səfərov “contact.az”a bildirib. 

Bu institutun qanunvericilikdən çıxarılmasına gəlincə, vəkil bunu
“demokratiyadan daha bir addım uzaqlaşmaq” kimi qiymətləndirir.

Fərqli fikirli adamların, xüsusən jurnalistlər və ictimai fəalların
təqib olunması baxımından Azərbaycanın nüfuzu çox pisdir. Təkcə bu il
ölkədə xeyli həbs və hökmlər dalğası yaşandı ki, beynəlxalq təşkilatlar
bunu Ilham Əliyev hökumətini tənqid edənlərə qarşı repressiyalar kimi
dəyərləndirir.

Hakimiyyət iddia edir ki, Azərbaycanda son 20 ildə məhkəmə sistemində
xeyli islahatlar aparılıb. Buna misal olaraq, məhkəmə hakimlərinin bir
neçə mərhələli seçimini göstərir.(azadlıq.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16379

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031