Tarif Şurası Ziya Məmmədovun gediş haqqının artırılması təklifinə "yox" deyib

25.06.2014 - 18:10

“İctimai nəqliyyatda gediş haqqının
artırılması ilə bağlı sahibkarlar dəfələrlə çıxış ediblər.

“İctimai nəqliyyatda gediş haqqının
artırılması ilə bağlı sahibkarlar dəfələrlə çıxış ediblər.
Bununla bağlı
Nəqliyyat Nazirliyinə də müraciət ediblər. Müəyyən sahibkarlar var ki,
onların məsrəfləri ödənilmir. Ona görə qiymətlərin qalxmasını
istəyirlər. Lakin bu məsələ Tarif Şurasının səlahiyyətlərinə aiddir”.
Bunu “APA-Economics”ə açıqlamasında Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.
“Çox
pul qazanmaq istəyir. Çünki o da bankdan kredit götürür, avtobus alır.
Amma hər halda zəruri addım atmaq üçün bunun üçün iqtisadi əsas
olmalıdır. Bu məsələni nə sahibkar, nə də Nəqliyyat Nazirliyi həll edir.
Bu ancaq Tarif Şurasının qərarından asılıdır. Təkcə bu qurum qərar
qəbul etdikdən sonra qiymətlər qalxa bilər, hətta azala bilər. Bu, bazar
iqtisadiyyatıdır”, – N.Həsənov deyib.
N.Həsənov
xatırladıb ki, nazirlik ötən il qiymətin qalxması ilə bağlı Tarif
Şurasına müraciət edib, lakin qurum bunu qəbul etməyib.
Qeyd
edək ki, ölkəyə avtobusların gətirilməsi ilə məşğul olan sahibkarlar
iddia edirlər ki, ictimai nəqliyyatda gediş haqqı qaldırılmazsa, 2015-ci
ildə Bakıda keçiriləcək I Avropa Oyunları üçün avtobusların gətirilməsi
heç bir halda mümkün olmayacaq.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16382

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031