"Araz Kursları" ilə bağlı yeni AÇIQLAMA

25.06.2014 - 18:29

“1 iyul 2014-cü il tarixindən Bakı Şəhəri üzrə Təhsil İdarəsində
(Xan Şuşinski küçəsi, 17) Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin
ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin Bakı şəhərinin
ümumi təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı valideynlərin
qəbuluna başlanacaq. Qəbul zamanı seçim məqsədi ilə Bakı şəhərinin ən
yaxşı məktəbləri barədə ətraflı məlumat veriləcək”.
AzVision.az-a bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib
ki, Azərbaycanda ilk dəfə olaraq dövlət ümumtəhsil məktəbləri arasında
Beynəlxalq Bakalavriat Proqramının (BBP) tətbiq edildiyi 6 nömrəli
məktəb-lisey yeni tədris ili üzrə ingilis bölməsinə şagird qəbulu elan
edir.
Tədris ingilis dilində olan
Beynəlxalq Bakalavriat Proqramı (www.ibo.org) çərçivəsində təhsil bir
neçə mərhələyə – PYP-ibtidai, MYP-V-IX siniflər, DP-diplom proqramı X-XI
siniflər üzrə bölünür. Ibtidai və diplom proqramı üzrə təhsilin tətbiq
olunduğu 6 nömrəli məktəb-liseydə bu ildən etibarən MYP-V-IX siniflər
üzrə də qəbul aparılacaq.
Təhsil müəssisəsini
bitirən məzunlara BBP diplomu ilə bərabər, Azərbaycanın ümumtəhsil
məktəblərinin məzunlarına verilən sənəd – attestat da təqdim olunur. BBP
diplomu alan məzunlar dünyanın 130-dan çox ölkəsinin ən nüfuzlu
universitetlərinə qəbul olunmaq hüququ qazanırlar.
Təhsil
müəssisəsində BBP çərçivəsində xaricdən dəvət olunmuş müəllimlər
çalışırlar. Məktəb-lisey MDB ölkələri üzrə BBP Məktəbləri
Assosiasiyasının üzvüdür. 6 nömrəli məktəb-liseydə tətbiq olunan
kurikulum milli kurikuluma inteqrasiya olunub.
Təhsil
müəssisəsinə sənədlərin qəbulu və müsahibə prosesi 27 iyun 2014-cü il
tarixindən -15 iyul 2014-cü il tarixinədək həftənin I-V günləri saat
09:00-dan 13:00-dək aparılacaq.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16383

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031