Sərkisyana "gəl bu peyini yığışdır" mesajı
Ermənistan hakimiyyəti müxalifətə qarşı qəribə mübarizə üsulu kəşf edib

aksiyası təşkil edən vətəndaş cəmiyyəti fəallarından biri Vardqes
Qasparinin evinin qapısının ağzına peyin töküblər. Erməni KİV-lərinin
məlumatına görə bu, ilk belə hadisə deyil. Fəalın qonşuları onu xəbərdar
ediblər ki, başına daha pis iş gəlməməsi üçün ehtiyatlı olsun.
iki gün əvvəl elektrik enerjisinin bahalaşmasına etiraz olaraq
Sərkisyanın iqamətgahı qarşısında keçirilən piketdə “Ən əxlaqsız
sutenyorlardan da alçaq, yaramaz” sözləri yazılmış plakat qaldırıb.
Həmin sözlərin kimə ünvanlandığı göstərilməyib, ancaq təxmin etmək olar
ki, bu sözlər Sərkisyana ünvanlanmışdı. Həmin piketdə polis aksiyaçılara
güc tətbiq edib və 27 nəfər saxlanılıb. Ardınca Qasparinin qapısı
ağzına naməlum şəxslər peyin töküblər.
Prezident Aparatının rəhbərinə zəng etdim və dedim ki, Serj Sərkisyana
çatdırsınlar, qoy gəlib bu peyini yığışdırıb aparsın” – deyə vətəndaş
cəmiyyəti fəalı bildirib. Bundan əvvəl Qasparinin evinin qarşısında
Ermənistanın polis rəisi Vladimir Qasparyanın evinin qarşısında təşkil
edilmiş piketdən sonra peyin tökülmüşdü. Həmçinin polisin iddiası
əsasında Qasparinin evinə həbs qoyulub və bank hesabları bağlanıb.
(virtualaz.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=16386