"Azərkörpü"də 250 milyonluq müəmma
Yol”a danışan səhmdar Hafiz Babalı bazar günü yığıncağını keçirən
“Evrascon” Açıq Səhmdar Cəmiyyətindən (“Avroasiya İnşaat Korporasiyası”,
keçmiş “Azərkörpü”) dividend alıb. Nizamnamə kapitalı 377390 manat olan
ASC keçən il 252 milyon manat dövriyyənin qarşılığında hər səhm üzrə 1
manat dividend verib. Bu da ümumilikdə səhmlərin nominal dəyərindən iki
dəfə azdır – 188695 manat. H.Babalı: “Əlavə olaraq keçən il müəssisədə
1.2 milyon manatlıq da dəmir-beton məmulatlarının satışı aparılıb.
Səhmlərin 95 faizi bir qrup majoritar səhmdarın əlində cəmləşib.
51 faiz səhm nəzarət paketi İsmayıl İsmiyev Əfəndi Hacımuradova (bunlar
bir addır-H.H.) məxsusdur. Paket sahiblərindən biri də idarə heyətinin
sədri Manaf Şirinov, müşahidə şurasının sədridir. Müşahidə şurasının
üzvü Nəriman Yaqubov üçüncü majoritar səhmdardır. Böyük şirkətdir,
Azərbaycandan kənarda da – Qazaxıstan, Özbəkistan, Moldova, Rusiya,
Ukraynada iri layihələr icra edirlər. Ölkə qalmayıb çalışmasınlar, amma
yenə də korporativ mədəniyyəti öyrənə bilməyiblər. Bu il balans mənfəəti
3.9 milyon manat oldu. Mənfəət vergisi 698 min manat çıxılandan sonra
yerdə qalan 3.2 milyon manat xalis mənfəətdir. Əvvəlki illərdə bu rəqəm
16-17 milyon manat idi. Milyonlarla dövriyyənin qarşısında rentabellik
aşağıdır. Qırğızıstan qanunlarında mənfəətin ən az 15 faizinin dividend
şəklində ödənməsi reqlamentləşdirilib. Azərbaycanda belə bir norma
yoxdur. Bu il də əldə olunmuş mənfəətin 0,5 faiz civarında dividend
verdilər, yerdə qalanı “inkişaf” adı ilə hara yönəltdikləri bəlli deyil.
Sual verdim ki, Manaf müəllim, nədir bizim inkişafımız, nə edirsiz?
Cavabına görə maşın, texnika alırlar”.
sual verib ki, hər il maşın, texnika alınar, buna milyonlar sərf
edilərmi? Minoritar səhmdar bir qırağa, major səhmdarlar özləri pul
götürmək istəmirlərmi? Hesab edir ki, müəssisədə ciddi manipulyasiyalar
və maxinasiya var. Deyir, kor-kor, gör-gördür: “İllərdən bəri özləri də
hər səhmə yalnız 90 qəpik, 1 manat dividend götürürlər. Bəs qalan pullar
hara gedir? “Vergilər” qəzetinin son saylarında mənfəətin
bölüşdürülməsi ilə bağlı auditor məsləhəti var. Auditor səhmdar
cəmiyyətlərini idarə edənlərə mənfəəti müəssisənin passivində
saxlamamağı, nizamnamə kapitalına yönəltməyi tövsiyə edir. Vəsaitlərin
hansısa subhesabda saxlanması iqtisadi cəhətdən səmərəli deyil. Bunlar
isə bölüşdürülməmiş mənfəət şəklində saxlayıb, nizamnamə kapitalına
yönəltmirlər. Təəssüf ki, belə bir təcrübə Azərbaycanda yoxdur. İri
sahibkarlar bunda rəsmən maraqlı deyillər. Əslində isə xırda
səhmdarların səhm payının nominal dəyəri artmalı, əlavə səhm
buraxılmalıdır. Bizim cəmiyyətdə məqsəd səhmdarların sayının
azaldılmasıdır. Bu, “Evrascon-Azərkörpü”də lap gözə girir. O boyda
mənfəətin qarşısında səhmdara 1 manat göstərmək ayıbdır. Müəssisənin işi
səhmdar kimi məni o halda qane edəcək ki, əldə olunan mənfəəti ya
bütünlüklə dividendə yönəldəcəklər, ya da “inkişaf” adıyla dedikləri
vəsait nizamnamə kapitalında oturacaq. Mübarizəm o vaxta qədər davam
edəcək ki, onlar əyri yollardan əl çəkəcəklər. Yoxsa “bölünməmiş
mənfəət” şəklində saxlamaq və səhmdarları oyundankənar vəziyyətə
salmaqla uzağa getməyəcəklər. Alınan avadanlıq onlara xeyir gətirir,
amma səhmdar qiymətli kağızını cəmi 25 manata satır. Mənfəət nizamnamə
kapitalına yönəldilsəydi, onu 600 manata satar, daha çox xeyir
götürərdi. Paket sahibləri bunu istəmir, əvəzində avadanlıqlar, bina və
tikililər alırlar. Bizə də məlumat vermədiklərindən, nəyin alınıb,
satıldığından xəbərsizik. Ona görə qiymətlərin nə qədər ədalətli
olduğunu da bilmirik”.
Nazirliyinin məlumatına görə, müəssisənin hazırda 5380 işçisi var.
Ölkənin biznes sektorunda əhəmiyyətli mövqeyi olan səhmdar cəmiyyətin
layihələri ilbəil artırsa, mənfəəti hansı səbəbdən azalır? H.Babalı belə
şərh edir: “Qazaxıstanda 15 milyon dollar zərərə düşüblər. Manaf
Şirinov bu itkidə Qazaxıstandakı menecmenti ittiham etsə də, əslində bu,
onun günahıdır. Mülki Məcəllənin 49-cu maddəsinə əsasən, idarəetmə
orqanlarında təmsil olunan şəxs qurumun mənafeləri üçün vəzifələrini
yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək,
hüquqi şəxs və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq,
cəmiyyətin maraqlarını öz maraqlarından üstün tutmaq və ehtiyatlı olmağa
borcludur. Çünki bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq
yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Vəzifələrini pozduğu halda
o, hüquqi şəxsin iştirakçıları tərəfindən məhkəməyə verilə bilər və
onların tələbi ilə dəymiş zərərin əvəzini ödəməlidir. 60 milyon
dollarlıq iş görüb, onun 15 milyonunu zərərə uğradıb. Bəs zərəri kim
ödəməlidir, yenə cəmiyyət? Guya Qazaxıstanda hava şəraiti pis olub.
İnternetdə axtarış verdim, 2008-2013-cü illərdə “Evrascon”un
Qazaxıstandakı filialı vergidənyayınmaya yol verib, şirkətə 450 min
dollar civarında cərimə tətbiq edilib. Məlum olub ki, Qazaxıstan
ərazisinə gətirilən texnikanı üçüncü şəxslərə müqaviləsiz istifadəyə
verməklə pul qazanırlarmış. Bunu həmin ölkənin gömrük orqanları
aşkarlayıb. Fakt ortaya çıxanda onlar məhkəməyə verib,
mübahisələndirmişdilər. Bu müəssisədə belə spekulyativ hadisələr baş
verir. Biz səhmdarlar cəmiyyətin əsas vəsaitlərinin tərkibinin nədən
ibarət olduğunu bilmirik. Aktivlərinin bir hissəsi satılır, amma kimə və
neçəyə, iclasda bu barədə də məlumat eşitmirik. Deyirlər, “körpü
tikmişik, tunel qazmışıq”. Bunlar müşahidə şurasına aid olan məsələdir.
Səhmdarların ümumi yığıncağında cəmiyyətin aktivləri, gəlir-xərcləri
müzakirə olunur. Onlar isə bizə nağıl danışırlar – orada belə işləmişik,
burada belə işləmişik. Bəs nəticə nədən ibarətdir, niyə zərərə uğradıq,
bunları demirlər”.
Babalı cəmiyyətin gördüyü işlər barədə də danışdı: “Təkcə keçən il
müəssisə toplam 33 xarici və yerli layihə icra edib. Söhbət həmin vaxt
başlanmış və davam edən layihələrdən gedir. 2013-cü ildə Avtovağzal
metrostansiyasının tikintisində 20 milyonluq iş görüblər. Ümumilikdə isə
əvvəlki illərlə birlikdə orada məbləğ 97.2 milyon manat olub. 34.5 mln.
manatla Əcəmi-2 stansiyasının tikintisində iştirak ediblər, ümumilikdə
65.9 milyon manatlıq iş görülüb. Salyan körpüsündə 8,3 milyonluq layihə
icra ediblər, görülən işlərin dəyəri ümumilikdə 25 milyon manat olub.
Şirvan şəhərində körpü inşa ediblər, layihənin dəyəri 10.8 milyon
manatdır. Orada da toplam 13.3 milyon manatlıq iş görülüb. Abşeron
magistral kanalının tikintisində keçən il 10.5 milyon manatlıq, toplam
19.1 milyon manatlıq, Pirallahı adasında körpünün inşasında 10.9 milyon
manatlıq iş görülüb. Ələt-Biləsuvar avtomobil yolunun tikintisi yeni
başlayıb. Bir sıra layihələrin də keçən il 1-2 milyon manat dəyərində
davamı olub”.
şirkətin keçən il Buxara vilayətində avtonəqliyyat yolunun
rekonstruksiyası üçün hökumətlə dəyəri 66.5 milyon dollar müqavilə ilə
işə başladığı bildirilib. Bu rəqəmlərin toplam həcmi 150 milyon manatdan
çoxdur. Tanıdığım bir tikinti müəssisəsinin rəhbəri deyirdi ki, adətən
tikinti şirkətləri ümumi işin 20-25 faizini özünün qazancı kimi götürür.
Cənab Babalı keçənilki dövriyyənin 252 milyon manat olduğunu deyir.
Layihələrin beşdə bir hissəsini müəssisənin qazancı kimi götürsək, bu
hesabla ortada 50 milyon manatlıq bir rəqəm alınır.
web-saytında Qazaxıstan, Rusiya, Ukrayna və Türkiyə kimi ölkələrdə
filiallarının olduğu qeyd edilir, ümumilikdə 46 layihə barədə məlumat
verilir. Layihələrə aid əhəmiyyətsiz bilgilər detallı yazılsa da,
nədənsə vacib olan qiymətləri göstərilməyib. Bunlar tenderlə qazanılan
layihələrdir, zərflər açılandan sonra görülən işin qiyməti kommersiya
sirri sayılmır. Bir də bizim iş adamları unudurlar ki, Azərbaycandan
fərqli olaraq, xarici ölkələrdə həyata keçirilən dövlət əhəmiyyətli
layihələrin qiymətləri onların yerli mətbuatı və web-saytlarında
yerləşdirilir. Biz istədiyimiz vaxt ölkədən kənarda gördükləri işin
dəyərini internet vasitəsilə asanlıqla öyrənə bilərik. Bir sözlə,
rəqəmləri cidd-cəhdlə gizlətməyə ehtiyac yoxdur. O da maraqlıdır ki, bu
boyda müəssisənin web-saytında səhmdarları haqqında bir cümlə də olsun
yoxdur. Eləbil ki, “Evrascon” yalnız 5-10 nəfər rəhbərlikdən ibarət
SC-dir.
deyir ki, vaxtilə “Evrascon”da 712 səhmi olub. Bu gün isə bazarda
müəssisənin səhmini 25 manata satın almaq mümkün deyil. Düzgün
qiymətləndirmə olsa, balans göstəricilərinə baxılsa, müəssisənin
səhminin real dəyəri 600 manatdan yuxarıdır. Söhbət həmin səhmin
arxasında dayanan puldan, bölüşdürülməmiş mənfəətdən gedir. Əgər mənfəət
tam bölüşdürülmüş olsaydı, bu il hər səhmə 20 manat verilməliydi.
Müəssisədən səhmdarlara illik hesabatı dərc edəcəklərinə söz veriblər:
“Hesabatların açıqlanmaması ilə bağlı böyük cərimələr müəyyən olunub,
dərc edilmə qaydalarını qanunvericilik aktları tənzimləyir. Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinin qaydalarına görə, illik hesabatda həmin
məlumatların konkret hansı mətbu orqanda dərc olunacağı
göstərilməlidir. Nazirlər Kabinetinin qəbul etdiyi qaydalara əsasən,
əgər şirkətin web-saytı varsa, illik hesabatını orada yerləşdirməlidir.
Amma buna əməl edən yoxdur. Hər iki nəzarət orqanı isə özbaşınalığa göz
yumur. Mənim müşahidəmə görə, bank və sığorta şirkətləri xaric, 10-a
yaxın cəmiyyət illik hesabatını qanunvericiliyin tələbinə uyğun
açıqlayır. Biri auditor rəyi olmadan, o biri mühasibat uçotu
standartlarından kənar qaydada dərc etdirir. Mülki Məcəllə müəyyən edir
ki, illik hesabatını dərc etməyən sahibkar məsuliyyət daşıyır. İclasın
keçirilməsindən hesabatın açıqlanmasına qədər olan müddət 30 gündür.
Onlara da təklif etdim ki, hesabatı sayta qoysunlar. Bizə ancaq dövriyyə
barədə rəqəm deyilir. Amma bunları nəynən qazanmışıq? Bizim
asfalt-beton zavodumuz, icarəyə götürdüyümüz qum-çınqıl karxanaları,
yüzlərlə texnikamız var. Pərdəarxasında hansısa texnikanı satırlar və
hesabatını da vermirlər. Onlara bir texnikanın satış qiyməti ilə bağlı
müraciət etdim, 70 min manata qədər rəqəm göstərdilər. Satışın
nəticəsini biz cəmiyyətin gəlirlərində görmədik. Məsləhətləşmə yoxdur,
avadanlıqların satışına idarə heyəti özü qərar verir. Əgər o
avadanlıqlar ümumi yığıncağın qərarı ilə inkişafa yönəldilən vəsaitdən
alınıb və köhnəsi silinibsə, eynilə onu satanda da bizimlə
məsləhətləşməlidirlər. Müəssisənin qazancı görülən işlərdəndir. Ona görə
deyirlər ki, “işimiz həmişə olmadığından mənfəətin hamısını bölə
bilmərik, sement zavodu deyilik ki, istehsalla məşğul olub daim gəlirə
ümid edək”. Bunlar bəhanədir. Görəcəkləri iş həcmini əvvəlcədən
bilirlər. Biz gördük ki, “Evrascon”da vəsaitlərdən qeyri-səmərəli
istifadə mövcuddur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=16388