İLHAM RƏHİMOV ÜÇÜN "CİNAYƏT VƏ CƏZANIN FƏLSƏFƏSİ"

26.06.2014 - 15:27

İnhisardan əldə olunan milyardlar…

İnhisardan əldə olunan milyardlar…

 

Azərbaycanlı milyonçular bizə nə verib və bizdən nə alıb?

Bir neçə gün əvvəl hüquqşünas, biznesmen, Rusiya prezidenti
Vladimir Vladimiroviç Putinin dostu(!) sayılan hörmətli hüquq professoru
İlham Rəhimovun “Filosofiya prestupleniya i nakazaniya”, yəni “Cinayət
və cəzanın fəlsəfəsi” adlı kitabının təmtəraqlı təqdimat mərasimi
keçirilib. Bu məclisdə Azərbaycanın hüquq elmi sahəsindəki “qaymaqları”
iştirak edib, sağolsunlar!
AMEA-dan tutmuş, BDU-nun hüquq
fakultəsinə qədər, əksər “bərkgedən” alim və müəllimlər bu tədbirdə
İlham Rəhimovun yeni kitabını geninə-boluna tərif ediblər. Yenə
sağolsunlar! Amma bu adamları bir qabağına qoyub soruşan yoxdur ki, axı
bu hüquq professoru kimdir, necə bu mövqeyə çatıb, kimə və nəyə xidmət
edib və edir? Adamın savadını və dünyagörüşünü qoyaq bir kənara. Bu,
mühakimə və mübahisə mövzusu deyil. Ancaq bir şey mübahisəsizdir ki,
insanın 2 göstəricisi – istedadı ilə şəxsi keyfiyyətləri bir-birini
tamamlayanda o mükəmməl olur. Ancaq təəssüf ki, Azərbaycan
əsilli varlı iş adamlarının əksəriyyəti məhz bundan əvvəlki cümlədə qeyd
etdiyimiz ikinci göstərici baxımından kasıbdırlar…

Ümumiyyətlə, azərbaycanlı sayılan milyonçu və milyarderlərin bu
məmləkətə xeyri nədir? Olsa-olsa Bakıda ən bahalı avtomobillərlə
şütümək, özünü görməmişcəsinə aparmaq, sırf iqtisadi xeyrinə gəldikdə
isə həmin bahalı və çox benzin yeyən maşınlarına benzin alıb tökmək.
Təəssüf ki, benzinə verilən pulun da kimləriin(!) cibinə getdiyi barədə
müfəssəl məlumata malik deyilik! Yaxşı, bunlar bizim nəyimizə lazımdır?
Əlbəttə ki, buralarda özlərini sərbəst aparmaq üçün yuxarıların razılığı
vacibdir və hərəsi də o razılığı müxtəlif yolla alır. Ancaq bundan bizə
nə, millətə nə xeyri var? Nə zibil də olsa, dövlət, xalq sayılan
erməniləri xaricdə yaşayan erməni milyonçuları sözün əsl mənasında
saxlayır. Allah eləməsin, nə vaxtsa biz də xaricdəki azərbaycanlı
sayılan milyonçuların ümidinə qalsaq, aqibətimizi təsəvvür edirsinizmi?
Allah o gündən saxlasın.

İnanın ki, Azərbaycan üçün Rusiyada kartof-soğan satıb,
vətənindəki bütöv bir nəsli dolandıran həmvətənimiz daha dəyərlidir,
nəinki qazancının nə mənbəyi, nə də xərcləndiyi yer bilinməyən milyonçu
və milyarderlərimiz!
Burda “miz” şəkilçisi bəlkə də artıqdır,
çünki bunların kimə və nəyə xidmət etdiyi qazanclarının mənbəyi kimi
qaranlıqdır! Qazancdan söz düşmüşkən, keçək qazanclara…

Azərbaycandan nə alır və Azərbaycana nə verir?

Bəzi mətbu orqanlarda bildirilir ki, İlham Rəhimov Rusiyada əslən
Qubadan olan yəhudi əsilli milyonçularla – Yakov Yakubov, Zarah İliyev,
Qod Nisanov və digərləri ilə ortaqmış. Putinin hansısa bizneslərini
idarə edir, guya. Tutaq ki belədir. Noolsun? Onlarla bunun fərqi nədədir
ki? Pişikdən soruşurlar ki, atan yaxşıdır, ya anan? Cavab verir ki,
miyo-miyo! Yəni fərqi yoxdur. İndi bizim üçün də hansısa İliyevlə
Rəhimovun fərqi varmı? Yox. Çünki eyni məqsədə – varlanmağa xidmət edirlər! Ancaq sağolsunlar iliyevlər ki, Azərbaycanla işləri yoxdur. Bəs Rəhimov…?

1385025239_tel“Mobitel”,
“İnteqral”, “Kaspian” və digər şirkətlərin daxil olduğu “United
Telekom” şirkəti birbaşa İlham Rəhimov cənablarının “krışalığı” altında
fəaliyyət göstərir. Şirkət ölkəmizdə sözün əsl mənasında, heç bir
mübahisəsiz İNHİSARÇIDIR!
Bu, elə bir faktdır ki, necə
deyərlər, o yan – bu yanı yoxdur. Faktiki olaraq, ümumilikdə mobil
telefon biznesi inhisarçılığı bu adama verilib. Onu idarə edən isə
doğmaca kürəkəni Araz Mehdiyevdir. Bu biznesdə
dövriyyədə olan real məbləği təsəvvür edirsinizmi? Əlbəttə ki, həmin
məbləği rəsmi gömrük və vergi sənədlərində görə bilməzsiniz. Ancaq bilin
ki, söhbət 100 milyonlarla, bəlkə də milyard dollardan gedir! Kobud
hesablama aparaq. Azərbaycanda abunəçi sayı 10 milyon nəfərə yaxındır və
hərənin də orta hesabla 100 dollarlıq (hansı ki, bahalı telefon
işlədənlər olduqca çoxdur) telefon daşıdığını, onların da orta hesabla
ildə 1 dəfə (hətta daha çox) telefon dəyişdiyini, yəni
alıb-satdığını nəzərə alsaq, mobil telefon bazarındakı illik dövriyyənin
1 milyard dolları çox-çox keçdiyini görərik. Bu dövriyyəyə görə
vergilər isə yenə kobud hesablamalara görə, 200 milyondan artıq
olmalıdır.
Ancaq sizi əmin edirik ki, vergi orqanlarına
müraciət etsəniz, birincisi bu barədə məlumat ala bilməzsiniz, alsanız
belə, bunun gülməli dərəcədə kiçik göstərildiyini görəcəksiniz. Deməli,
kürəkəni Araz Mehdiyevə peşkəş edilmiş təkcə bu biznes sahəsindən cənab
Rəhimov və ətrafındakılar 100 milyonlarla gəlir əldə edir. (Bəzi məlumatlara görə, Azərbaycandakı bu biznes-monopoliya əslində Vladimir Putinindir-red) Bəli, özü də bu pul Azərbaycandan, sizin və bizim cibimizdən çıxarılır!
Telefonlar da ki, dünya bazarı ilə müqayisədə od qiymətinə! Yaxşı,
neynirik biz belə alimləri, milyonçuları, milyarderləri? Bunlar Rusiyada
qazanıb Azərbaycana gətirir, yoxsa Azərbaycandan qazanıb Rusiyaya
aparır?

Müxalif sayılan mətbuat onu niyə sevir?

Digər biabırçı məqam da odur ki, özünü müxalif və azad mətbuatın
lokomotivi sayan qəzet və saytlar da gah “Milyarderlər İttifaqı” ilə
əlaqələndirilən, gah Putinin Azərbaycandakı önəmli fiquru sayılan bu
adamı göylərə qaldırır, palaz-palaz müsahibələrini dərc edir, şərhlər
verir və s. Niyə, maraq nədir? Maraqlı və gülməli məqmlardan biri də
odur ki, yuxarıda qeyd etdiyimiz yeyib-içməli kitab təqdimatından
reportaj hazırlayan müxalif sayılan qəzetlərdən birinin təmsilçisi bir
müddət əvvəl öz evinin qarşısında vəhşicəsinə döyülmüş, hadisənin
görüntüləri ortada olsa da, bu fakt mediadakı səs-küydən başqa heç nə
ilə bitməmişdir. Yəni cinayət ortadadır, cəza isə yoxdur! Görünür,
“Cinayət və cəzanın fəlsəfəsi” adlı kitabın təqdimatından məhz həmin
jurnalisti reportaj hazırlamağa göndərməyin də öz dərin fəlsəfi
tərəfləri var…

Aslan İsmayılovun orda nə işi vardı?

AslanDoğrusu, çox hörmət etdiyimiz vəkil Aslan İsmayılovu da tədbir iştirakçılarının arasında görməyimizə biraz şaşırdıq. Hansısa
şəxsi münasibətləri təbii ki, ola bilər. Ancaq hörmətli vəkilimiz də
bilməmiş deyil ki, cinayət və cəzanın fəlsəfəsindən yazan adam səmimi
olaraq özü də gözlə görünən cinayətlərə bircə dəfə də olsa şəxsən onun
kimi etiraz etməlidir.
Əksinə, özü də palaza bürünüb ellə
sürünən, həm də çox böyük sürətlə sürünən birisi, hansı cinayət və cəza
fəlsəfəsindən danışa və hətta bu barədə kitab yaza bilər? Şəxsi
məsələlərə toxunmaq istəmirik, amma məlum məsələlər səbəbindən maqazin
və sarı mətbuatın, hətta uzun müddət ciddi medianın da gündəm mövzusuna
çevrilmək ciddi elm adamına yaraşarmı? Bilmirik, əgər bu sualla kiminsə
şəxsi həyatına qarışırıqsa, bəri başdan üzr istəyirik, amma dəqiq
bildiyimiz odur ki, mənəvi keyfiyyətlər, xüsusilə də bizim mentalitet
yüklü cəmiyyətdə yüksək mövqe tutmaq iddiasında olan adam üçün olduqca
əhəmiyyətlidir… Ancaq nə yazıq ki, bu keyfiyyətlərdən çoxları məhrumdur!

Nə isə, barəsində söz açdığımız kitabın doğrudan da gözəl adı var – “Filosofiya prestupleniya i nakazaniya”. Ancaq rusların bəziləri üçün işlətdiyi başqa gözəl bir sözü var: “Staboy vsyo yasno”…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=16391

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930