İlham Əliyevdən "fövqəl göstəriş"

30.06.2014 - 00:24

Əliyev- Paşayev qruplaşması K. Heydərovu tam zərərsizləşdirmək
kursu götürüb

 

Əliyev- Paşayev qruplaşması K. Heydərovu tam zərərsizləşdirmək
kursu götürüb

 

Hakimiyyət daxilində qrup savaşının pik nöqtəyə çatması ilə bağlı məlumatlar
getdikcə daha ciddi xarakter alır. Bu da daha çox iqtidardakı yenilənmələr və təyinatlarla
bağlıdır. Cumhuriyyet.az olaraq əvvəllər də bildirmişdik ki, İlham Əliyev seçkilərdən dərhal sonra ciddi kadr dəyişiklikləri
aparmaq istəyib. Bununla o həm köhnə qvardiya ilə vidalaşmaq, həm də gözdən və
nüfuzdan düşmüş məmurlardan qurtulmaqla xalqın, eləcə də beynəlxalq ictimiayyətin
az da olsa etimadını qazanmaq istəyib. Onun bu istəyinin reallaşması nəinki
mümkün olmayıb, əksinə hakimiyyət və ailə daxilində qarşıdurma yaradıb.

Heydərovun Baş
Nazirlik iddiasının yaratdığı başağrısı

Belə ki, Paşayevlər də daxil olmaqla
hakimiyyətdə söz sahibi olan bir bir sıra nüfuz sahibləri ilə razılaşdırılaraq yeni hökümət kabinetinin
üzvləri müəyyən edilib və nəzərdə tutulurmuş ki, inauqrasiyadan dərhal sonra təyinatlar
həyata keçirilsin, hökümətin yeni tərkibi açıqlansın. Amma son anda 09 oktyabr
seçkilərinin əsas maliyə maqnatı və “kürü diplomatiyası”- nın avanqard qüvvələrindən
olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun məsələyə müdaxilə etməsi,
Prezident Adminstrasiyasına gələrək İlham Əliyevlə təxminən 3 saat
“razborka” aparması və baş nazir olmaq iddiasını, digər kadrlarının isə
müxtəlif vəzifələrə təyin olunmasını açıq ortaya qoyması planı pozub. Verilən məlumata
görə K. Heydərovun iddiasına cavabda İlham Əliyev “mən səni FHN- də görmək
istəyirəm” cavabına FHN şefi yenə israrla “mən də özümü baş nazir görürəm”
deyimi ilə cavab verib. Yeri gəlmişkən qeyd edək ki, FHN şefinin baş nazir
olmaq iddiasına Ramiz Mehdiyev dövlət başçısına “K. Heydərov baş nazir
olsa 6 aydan sonra ölkədə dövlət çevrilişi olar, hakimiyyət dagılar” deyərək
etirazını bildirib.

Əldə etdiyimiz digər məlumatda qeyd
olunur ki, İlham Əliyev Kəmaləddin Heydərov daxil olmaqla “Naxçıvan
klanı”- nın təzyiqlərini yaxın bir neçə ayda tam zərəsizləşdirmək qərarına gəlib.
Təbii ki, bu klanın başında dayananların biri FHN rəhbəri, özünə xeyli siyasi və
iqtisadikapital yığmış Kəmaləddin Heydərovdur.

Hakimiyət daxilindən
redaksiyamıza verilən özəl məlumatlara görə hakimiyyətdaxili ailə qrupu-
Paşayevlər qrupunun Kəmaləddin Heydərovun baş nazir olmaq iddiası və son
zamanalr onun iddiası ilə bərabər təsir imkanlarının, iqtisadi və siyasi gücünün
artmasından ehtiyat edərək “fövqəlnazir”- i zərəsizləşdirmək haqqında qəti qərara
qəbul ediblər. Xatırladaq ki, öncəki illərdə də onun haqqında analoji qərarlar
verilmişdi. Lakin onun tam iddialarını biruzə verməməsi, hələ kifayət qədər
“şişməməsi” və hakimiyyət üçün lazımlı fiqur olması bu qərardan sonda geri çəkilməklə
nəticələnmişdi.

Verilən məlumatlara görə artıq
FHN şefinin həyata keçirdi və ya rəhbərlik bir sıra iqtisadi və siyasi layihələr
demək olar ki, dayandırılıb. Artıq onun bütün sahələrdə təftiş olunması,
yoxlanılmasına başlanılıb. Eyni zamanda etibar edilən və böyük vəsaitlər
ayrılan bir sıra sahələrdə fövqəlnazir ona bəslənən ümidləri doğrultmayıb. Vəsaitlər
mənimsənilib, hökümətin və ölkənin yerli və beynəlxalq ictimaiyyəti tərəfindən
“qara siyahı”- ya düşüb. Sahələr üzrə ona etibar olunan, görülən işlərdəki
problemlərə və mənimsənilən vəsaitlərə baxaq;

İqtisadi korrupsiya: söhbət 1 milyarddan gedir

Ötən 3 ildə Kür- Araz
daşqınları və Qax- Zaqatala zəlzələsi ilə bağlı dövlət büdcəsindən FHN-ə nə
az, nə çox 1,1 milyard manat vəsait ayrılıb. Amma məlum olub ki, K. Heydərovun
apardığı büdcə talançılığı ilə bu vəsaitlərin əhəmiyyətli bir hissəsi
korrupsiyanın qurbanı olub və elə “fövqəlnazir”-in özü və yaxın ətrafı tərəfindən
mənimsənilib (bu barədə növbəti sayımızda ətraflı məlumat verəcəyik-
red.). Təkcə Qax- Zaqatala zəlzələsi ilə
bağlı ayrılmış 609 milyon manatdan 150 milyon manata qədər vəsait DSMF- dən, gəlir
vergisindən, əlavə dəyir vergisindən və s. gizlədilərək mənimsənilib. Evlərin
tikilməsi maya dəyərindən 2,5- 3 dəfə baha qiymətə sənədləşdirilib. Artıq zəlzələ
bölgəsində işlərin görülməsi demək olar ki, saxlanılıb. Bununla bağlı aparılan
təftiş və yoxlamalar FHN saytından bütün məlumatların yığışdırılması ilə nəticələnib.
Eyni zamanda Zaqatala-Balakən zəlzələ
bölgəsində FHN-nin sifarişi ilə kamplar (hazır evlər) inşa edən Türkiyənin
“Hekim Holdinq” şirkətlər qrupuna məxsus “Özge Yapı” Anonim Şirkətinin
“DağlıqQarabağ Respublikası”ndabiznes fəaliyyəti
göstərməsi, ermənilərlə separatçı iş birliyində olması və Azərbaycanın
dövlət büdcəsindən həmin şirkətə
milyonlarla vəsait ödənilməsi Kəmaləddin Heydərov üçün əlavə problemə, baş
ağrısına çevrilib. Digər tərəfdən Gənclikdə 5 saylı FHN üçün 16 mərtəbəli
inzibatı binanın tikintisi dayandırılıb. Hazırda K. Heydərovun zəlzələ pulları
ilə ölkənin müxtəlif bölgəsində inşa etdirdiyi obyek, villa və evlərin, eləcə də
sosial mənşəli tikililərin, inzibatı binaların siyahıya alınması prosesi gedir.
Bu yöndə əlimizdə məlumatlar var və növbəti sayımızda bu mövzuya qayıdacağıq…

Kəmaləddin Heydərov ölkədə bir
çox sahələr faktiki olaraq monopoliyaya və nəzarətə alıb. Ölkəyə idxal olunan və
ölkədənixrac olunan bir çox mallara FHN şefi birbaşa əl qoyub. Dövlət Gömrük
Komitəsi də onun nəzarəti altındadır. Yəni o istənilən vaxt ölkədə iqtisadi gərginlik,
süni bahalıq və ya infliyasiya yaratmağa təsir edə bilər. Bir çox iqtisadi
vasitələr onun əlində cəmləşib. K. Heydərov həm də bu baxımdan da hakimiyyət
üçün təhlükəlidir.

Siyasi layihələrin uğursuzluğu

2013- cü il prezident seçkilərinə
qədər olan mühüm hissə və seçkinin əhəmiyyətli bir hissəsi K. Heydərova
tapşırılmışdı. Ona hakimiyyətə loyal, üzü yola müxalifət formalaşdırmaq
tapşırılsa da o bu vəzifənin öhdəsindən gələ bilmədi. Onun yaratdığı və seçkilərə
qoşduğu qondarma “Naxçıvan klanı”-nınmüxalif namizədləriyerli və beynəlxalq
ictimaiyyətin gözündə İlham Əliyevə qarşı əks effekt yaratdılar.
Naxçıvanlıların təbrincə desək “donqili müaxlifətçilik”- dən o yana gedə bilmədilər.

Media sahəsindəson 10 ildənə qədər
elektron və çap məhsulları mediası yaratsa da, müxtəlif holdinqlər qursa da bu
sahədə də başarılı ola bilmədi. Müxalifət mediasına uduzur. Onun nəzarətində
olan media qurumlarının texniki resurlsları, işçi heyəti, maaşları yüksək olsa
da tirajı və izlənmə sayı azdır. Bəsit və məddah məlumatlar, verilişlər oxucu tərəfindən
qəbul edilmir. Çoxlu saylı çap vəelektron media quruluşları etimadı və onlara
qoyulan investisiyaları doğrultmadı. Digər
tərəfdən sosial şəbəkələr və internet üçün hakimiyyətin ayırdığı milyonlar da
onu bu sahədə müxalifətə uduzdurur.

WikiLeaks saytının xəbərdarlığı:
FHN-in əlində hərbi qüvvələr
olduğuna görə Heydərov güc yolu ilə hakimiyyəti ələ almağa cəhd edə bilər”

Bir neçə il
bundan öncə ABŞ- ın Azərbaycandakı səfirliyinə istinadən WikiLeaks saytı da
Kəmaləddin Heydərov haqqında maraqlı məxfi dosye açıqlamışdı. Maraqlıdır ki, həmin
dosyedəki məlumatların böyük əksəriyyəti reallığı əks etdirir, bu gün daha
doğru və dolğun görünür. WikiLeaks saytında yazılanlara nəzər yetirək;“Yerli biznesmenlərlə söhbətlərdə ancaq bir ad eşitmək mümkündür – Kəmaləddin.
Onu faktiki olaraq ölkənin ən qüdrətli adamı hesab edirlər”, “Onun şəxsi
işgüzar çevrəsi də səlahiyyətləri kimi genişdir. Heydərovnəhəng “ATA Holdinq”
konqlomeratını idarəedir, o həmçinin “Caspian Fish Company”insahibidir. Gömrükdə
ki rıçaqları vasitəsilə Heydərovun alkoqollu içkiləri stehsalı və idxalında da
güclü maraqları var, habelə Bakıda kıiri tütün fabriki də onun himayəsindədir.
Heydərov “Gilan” holdinqinin də sahibidir. 2006-cı ildə Heydərov Azərbaycanda
narşirəsi bazarını da inhisara alıb. Bir sözlə “siyasi nöqteyi-nəzərdən Heydərovun
imkanları onun nazir vəzifəsindən xeyli uzağa gedir”, “Bir çox müşahidəçilərə
görə, o, daha çox hakimiyyət əldə edə bilər. Heydərovun adı tez-tez baş nazir
postuna iddialılar arasında da çəkilir”, “Bir çoxları hesab edir ki, FHN-in əlində
hərbi qüvvələr olduğuna görə Heydərov güc yolu ilə hakimiyyəti ələ almağa cəhd
edə bilər”. Göründüyü kimi onun haqında yazılanlar hazırda yazıda bəhs
etdiyimiz məqamlarla tamamilə üst- üstə düşür.

“Fövqəlçöküş”

Göründüyü kimi Kəmaləddin Heydərov
böyük imtiyazların, səlahiyyətlərin və iri kapitalın fonunda ona verilən
şansları və imkanları laımınca dəyərləndirə bilməyib. Daha çox öz şəxsi
hakimiyyətini möhkəmlətmək və imperiyasını qurmaq üçün çalışıb. Yerli və beynəlxalq
ictimaiyyətin gözündə monopolist, kariyerist, korrupsioner məmur obrazı yaradıb
ki, bunun da zərbəsi mövcud hakimiyyətə dəyib. Bütün bunları da nəzərə alan
Əliyev- Paşayev qruplaşması K. Heydərovun iqtisadi- siyasi gücü ilə bərabər
iddialarının artması fonunda onu tam zərərsizləşdirmək kursu götürüblər.

KURŞAD
Kaya

Short URL: http://www.cumhuriyyet.net/?p=16398

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31