"Əl-Cəzirə" hakimiyyəti sərt tənqid etdi
Azərbaycan: ruhu öldürülmüş
ölkə
Azərbaycanda insan haqları və demokratiya sahəsindəki acınacaqlı
duruma görə dünyanın ən müxtəlif yerlərindən hakimiyyətə ünvanlanan
ittihamların ardı-arası kəsilmir. Əliyev hökuməti seçkilərin
saxtalaşdırılması, günahsız insanların həbsxanaya salınması, azad
mətbuatın boğulması, məhkəmələrin tamaşaya çevrilməsi və s. addımlarına
görə xarici mediada mütəmadi tənqid obyekti olur. Bu qəbildən olan
növbəti material “Əl-Cəzirə”də yayımlanıb. “Azərbaycan: ruhu öldürülmüş
ölkə” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
Çexiyalı diplomat, Avropa Ittifaqının genişlənmə məsələləri üzrə
komissarı Ştefan Füle 2011-ci ildə çıxışında demişdi: “Avropa
diktatorları yox, demokratları dəstəkləməlidir”. Bu bəyanat “Ərəb baharı” dalğası dövrünə təsadüf edirdi.
“Tunis,
Misir və digər ölkələrin küçələrində kütlələr ümumbəşəri dəyərlər
uğrunda mübarizə aparırlar. Bu gün biz öz xalqının qanını axıdan, insan
həyatına dəyər verməyən diktatorlarla yox, bu adamlarla əməkdaşlıq
etməliyik. Həm də onların özləri üçün…”, – deyə Füle əlavə etmişdi.
Tunis
və Misirdən bir o qədər uzaq olmayan digər qitədə müxtəlif cür
yırtıcılar yatır. Orada da insan həyatına etinasızlıq, hədə-qorxu,
həbslər var və bütün bunların nəticəsi olaraq, kütləvi şəkildə
insanların ruhu öldürülüb.
alternativ enerji mənbəyidir. Azərbaycanda insan haqlarının durumu
iyrənc olsa da, bu ölkə hazırda Avropa Şurası Nazirlər Komitəsinə
sədrlik edir.
Füle yuxarıda qeyd olunan bəyanatı 2011-ci ildə
vermişdi, biz 2014-cü ilə çatmışıq, indi də bir çoxları soruşur:
diktaturaları dəstəkləməmək barədə bəyanat necə oldu?
Avropa Şurasını əhatə edən diktaturalara nəzər salanda görürük ki, bu
bəyanatdan sonra çox şey dəyişməyib. Məsələn, Azərbaycanda baş verənlər
buna parlaq misaldır.
Azərbaycan mayın 15-də Avropa Şurası Nazirlər Komitəsində sədrliyə
başlayandan cəmi bir neçə gün sonra Avropa Şurası Parlament
Assambleyasının prezidenti (AŞ PA) Anna Broşür Azərbaycan hakimiyyətini
ölkədə insan haqları, ifadə, toplaşma, birləşmə azadlıqları sahəsində
pisləşən vəziyyətin nizama salınması üçün dərhal tədbirlər görməyə
çağırmışdı.
Həmçinin Avropa Şurasının baş katibi Torbörn Yaqland da iki hüquq
müdafiəçisinin həbsilə əlaqədar Azərbaycan hökumətinə narahatlığını
çatdırmışdı: “Mən Azərbaycan hökumətini fundamental prinsiplərə və
Avropa Konvensiyasının hüquqi normalarına əməl etməyə çağırıram.
Azərbaycan Avropa Şurasına üzv qəbul olunarkən Avropa Konvensiyasını
ratifikasiya edib və onun tələblərinə əməl edəcəyinə dair öhdəlik
götürüb”.
Belə görünür ki, Avropa Şurası üzvlərinə münasibəti dəyişməlidir.
Məsələ burasındadır ki, bir sıra üzv ölkələrdə heç bir irəliləyiş
yoxdur, buna baxmayaraq, heç bir tədbir də görülmür.
2000-ci ildə AŞ PA-da Çeçenistan hadisələrinə görə Rusiyaya sanksiya
tətbiq olunmuşdu. Bu yaxınlarda da eyni addım Krım hadisələrilə əlaqədar
atıldı.
Bəs Azərbaycanın nəyi fərqlidir? Ola bilsin ki, Azərbaycanda
hərbi çevriliş yoxdur, başqa dövlətə qarşı ərazi iddiası yoxdur, amma
bu ölkədə insan haqlarının vəziyyəti dəhşətlidir. Həbs olunan fərqli
fikirlilərin, ictimai-siyasi fəalların artması bu ölkə ilə bağlı həyəcan
təbili çalmağa əsas verir.
Azərbaycan 13 ildir ki, Avropa Şurasının üzvüdür və onun bu təşkilata
daxil olmasından bəri ölkədə çox az şey dəyişib. Xarici işlər naziri
Elmar Məmmədyarov deyir ki, “demokratikləşmə və insan haqlarının
müdafiəsi uzun bir prosesdir, Azərbaycan da bu prosesin içindədir”.
Məmmədyarovun dediyi bu “prosesin” nəticələri isə hələ də görünmür.
Hazırda Azərbaycanda həbsdə saxta ittihamlarla mühakimə olunmuş on nəfər
jurnalist, beş nəfər blogger və səkkiz nəfər gənc fəal var. “Amnesty
International”ın məlumatına görə, təkcə ötən il Azərbaycanda ən azı 19
nəfər vicdan məhbusu dəmir barmaqlıqlar arxasına göndərilib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri
Anar Məmmədli və Bəşir Süleymanlı nümunəsi də var. Onlar “vəzifədən
sui-istifadə edərək, seçkinin nəticələrini saxtalaşdırma” ittihamı ilə
mayda mühakimə olundular və nəticədə Anar Məmmədli 5 il 6 ay, Bəşir
Süleymanlı isə 3 il 6 ay azadlıqdan məhrum edildi.
Siyasətçilər də hədəfdədir. Məsələn, “Respublikaçı Alternativ” (REAL)
Hərəkatının sədri Ilqar Məmmədov hazırda barəsində çıxarılmış 7 illik
həbs cəzasını çəkir.
Sanki bu cür həbslərdə gender balansını da
gözləyirlər. Təqib və təzyiqlər tanınmış qadın hüquq müdafiəçilərindən
də yan keçməyib. Məsələn, tanınmış hüquq müdafiəçisi Leyla Yunus
beynəlxalq konfransa gedərkən saxlanılıb, ona ölkəni tərk etmək qadağası
qoyulub və ertəsi gün istintaqa cəlb olunaraq dindirilib.
Bütün bu
adamların hökumətin yürütdüyü siyasətə qarşı tənqidləri büdcə
vəsaitlərinin xərclənməsi, seçkilər, fərqli fikirlilərə qarşı
təzyiqlərlə bağlıdır. Hökumət üçün isə onlar “xuliqan”, “yalançı”,
“narkoman”, “nifrət yayan”lardır.
Azərbaycan həm də BMT-nin Insan Haqları Şurasının üzvüdür. Şuranın
Əsasnaməsinin 8-ci bəndinə görə, insan haqlarını kobud və sistemli
şəkildə pozan dövlətlərin üzvlüyü 2011-ci ildə Liviya nümunəsində olduğu
kimi, dayandırıla bilər.
Azərbaycanda insan haqları sahəsində onsuz da pis olan durumu sanki
bir az da kəskinləşdirmək üçün ötən ilin yanvarında AŞ PA-da müzakirəyə
çıxarılan qətnamə qəbul olunmadı. AŞ PA deputatlarının 79-u Azərbaycanda
siyasi məhbuslar haqda qətnamə layihəsinin lehinə, 125-i isə əleyhinə
səs verdi.
Azərbaycanda hələ də diffamasiyaya görə cinayət
məsuliyyəti var. Azərbaycan deputatlarından biri bu yaxınlarda dedi ki,
diffamasiya məsələsinin müzakirəsi qeyri-müəyyən vaxta qədər təxirə
salınacaq, çünki “Azərbaycandakı əhali buna hazır deyil”.
Azərbaycan
müstəqillik qazanandan sonra ilk illərdə Qərbdə çox az tanınırdı.
Hərçənd, bu gün milyonlarla dollar xərcləyərək, ABŞ-da lobbi
şirkətlərinin xidmətlərindən istifadə edirlər. Avropa da bu məqsədlə
müxtəlif fondlardan yararlanırlar. Məsələn, London, Brüssel, Berlin,
Paris və Istanbulda ofisləri olan Avropa-Azərbaycan Cəmiyyəti.
Heç kim üçün sirr deyil ki, ölkəni bir nəfər idarə edir. Onun da
rəhbərliyi mükəmməllikdən çox uzaqdır – xüsusən də demokratiya
sahəsində.
Avropa Şurasının onun dəyərlərinə hörmət etməyən
Azərbaycan kimi üzvlərlə bağlı heç bir müsbət nəticə doğurmayan
bəyanatlar verməkdənsə, ciddi tədbir görməsinin vaxtı çatmayıbmı?
Azərbaycan hakimiyyəti 10 il əvvəlkindən daha güclüdür. Eyni zamanda, bu
ölkədə fərqli fikirli adamlara qarşı davranışlar da 10 il əvvəllə
müqayisədə kəskin pisləşib.
Ölkə enerji resursları sayəsində iqtisadi baxımdan kifayət qədər
güclüdür. Bəllidir ki, beynəlxalq ictimaiyyət Azərbaycandakı şantaj,
təqib və təzyiqlər, repressiyalar barədə məlumatlıdır. Lakin heç bir
konkret addım atılmır.
Belə olan halda, sual meydana çıxır: enerji təhlükəsizliyi insan
həyatından daha qiymətlidir? Indiyə qədər görünən budur ki, belədir.
Short URL: http://www.cumhuriyyet.net/?p=16400