Zərdabda 15 iyun Milli Qurtuluş Günü və şəhər ərazisində tikilmiş “Abad məhəllə”nin açılışı münasibətilə tədbir keçirilib

14.06.2021 - 15:06

Zərdabda 15 iyun Milli Qurtuluş günü və şəhər ərazisində tikilmiş “Abad məhəllə”nin açılışı münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı tərəfindən Ümummilli liderin abidəsi ziyarət olunmuşdur.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə rayon sakinlərini Milli Qurtuluş günü münasibətilə təbrik etmişdir. Qeyd etmişdir ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə bayram deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ölkəmizin inkişaf strategiyası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir və ötən illər ərzində Müstəqil Azərbaycan Respublikası bu strategiyaya əsaslanaraq böyük inkişaf yolu keçmişdir. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və cənab Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanmışdır və bu gün də dayanır.
Daha sonra Zərdab şəhəri ərazisində inşa olunmuş abad məhəllənin açılışı münasibətilə məhəllə sakinlərini təbrik edən icra başçısı burada görülən işlər barədə sakinlərə məlumat vermişdir. Bildirilmişdir ki, şəhərin Azərbaycan küçəsi istiqamətində, 10-cu məhəllədə inşa olunan sahəsi 0,54 ha olan abad məhəllənin tikintisinə cari ilin aprel ayında başlanılmış və iyun ayında yüksək keyfiyyətlə başa çatdırılmışdır. Abad məhəllədə 1600 kv.metr sahəyə dekorativ tamet tavalar vurulmuş, 400 p/m bardyur düzülmüşdür. Sakinlərin istirahəti üçün  4 ədəd kölgəlik, 10 ədəd dekorativ oturacaqlar quraşdırılmış, diametri 10 metr olan aqlay tavalarla üzlənmiş dairəvi formalı oturacaq inşa edilmişdir. 2 ədəd əyləncə qurğusu hazırlanaraq uşaqların istifadəsinə verilmişdir. Ərazidə 2000 kv.metr sahədə yaşıllıq zonası salınmış, 100 ədəd həmişəyaşıl ağaclar əkilmişdir.
Tədbirdə çıxış edən millət vəkili Jalə Əliyeva tədbir iştirakçılarını Milli Qurtuluş Günü və “Abad məhəllə”nin açılışı münasibətilə təbrik etmişdir.
Çıxış edən məhəllə sakinləri görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.











https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=164365

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031