Regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələr aparılır

14.06.2021 - 20:25

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə regionlarda aztəminatlı və digər həssas kateqoriyalara aid ailələrdən olan uşaqlar arasında onkoloji müayinələrə start verilib. Məqsəd uşaqlarda onkoloji xəstəlik əlamətlərini erkən yaşlardan aşkarlamaq və vaxtında müvafiq müalicə tədbirləri həyata keçirməkdir.

7-12 iyun tarixlərində Ağdam, Bərdə və Tərtər rayonlarında start verilən müayinələr zamanı Milli Onkologiya Mərkəzinin peşəkar həkim heyəti tərəfindən müxtəlif yaş qrupundan olan, ümumilikdə 1200-dən çox uşaq ödənişsiz tibbi müayinələrə cəlb edilib. Aparılan müayinələr zamanı, həmçinin digər patologiya aşkar olunan xəstələrin ixtisaslaşmış tibb müəssislərinə müraciət etməsi tövsiyə edilib, yerində məsləhətlər verilib.

RİİB-in könüllüləri uşaqların müayinələrə cəlb edilməsi, mövcud karantin rejiminin tələblərinə uyğun növbələrin tənzimlənməsi və əhalinin tibbi maarifləndirilməsi tədbirlərinə dəstək veriblər.

Səyyar müayinələrin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Regional İnkişaf” İctimai Birliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə paytaxt və regionlarda mütəmadi olaraq ödənişsiz tibbi müayinə və müalicələr aparılır, tibbi maarifləndirilmə istiqamətində müxtəlif tədbirlər həyata keçirilir, eləcə də elmi-praktiki konfranslar, simpoziumlar təşkil edilir

 

aia.az

Short URL: http://www.cumhuriyyet.net/?p=164370

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31