Yevlax məktəbində biabırçılıq: simvol və şüarlar ayaq altda

15.06.2021 - 11:15

Dünən Yevlaxda keçirilən Son Zəng tədbiri biabırçı mənzərə ilə yadda qalıb.Mediaxeberleri.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Hadisə Yevlax şəhər 7 nömrəli tam orta məktəbdə baş verib. Belə ki, 44 günlük müharibənin simvolu olan “Xarı Bülbül” və “Qarabağ Azərbaycandır!” yazısı məktəb şagirdlərinin ayaqları altına həkk edilib. “Xarı Bülbül” üçün minlərlə şəhid verən Azərbaycan xalqı tərəfindən görüntülər xoş qarşılanmayıb.

Məsələ ilə rayon Təhsil Şöbəsi ilə əlaqə saxlamağa çalışsaqda telefonlarımıza cavab verən olmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, 7 nömrəli məktəbin direktoru Ülviyyə Ağayevadır.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=164373

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31