Qazax rayon icra hakimiyyətinin rəsmi internet saytında yerləşdirilən müəsisə adları heç bir reklam xarakterli daşımır

17.06.2021 - 19:18

Qazax Rayon İcra Hakimiyyətindən Mediaxeberleri.Az-a GOYEZEN.AZ saytının “Səhiyyə” bölümündə “Labmed Tibb Mərkəzi” MMC-nin adının qeyd edilməsi barədə yayılan xəbərə münasibət bildirib.
Mediaxeberleri.Az xəbər verir ki,15.06.2021-ci il tarixdə bəzi xəbər saytlarında Qazax Rayon İcra Hakimiyyətinin rəsmi internet saytı olan GOYEZEN.AZ-ın “Səhiyyə” bölümündə “Labmed Tibb Mərkəzi” MMC-nin adının verilməsinin reklam xarakterli olması haqda yazılar verildi.
Qazaxda fəaliyyət göstərən digər tibb müəssisələri ilə yanaşı, Labmedin də adı səhiyyə bölümündəki siyahıya daxil edilmişdir. Bu müəssisənin adının 2016-cı ildən həmin siyahıda olmasına baxmayaraq bu gün əsassız müzakirə predmetinə çevirmək cəhdi şəxsi məqsədlərə xidmət etməkdən başqa heç nə ola bilməz.
Adı çəkilən tibb müəssisəsinin sahibi, ünvanı, əlaqə telefonu haqqında olan kiçik bir məlumatın bu cür qabardılaraq müxtəlif xəbər saytlarında işıqlandırılması isə elə həmin saytlar tərəfindən reklam etmək deməkdir. Ən əsası da qərəzli şəkildə yayımlanan bu məlumat rayonda görülən işlərə kölgə salmaqdan başqa bir məqsəd daşımır.

Short URL: http://www.cumhuriyyet.net/?p=164392

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31