Səfər Əbiyevin köməkçisinin kodlaşmış biznes obyektləri…
Elçin Xəlilov hərbi hissəyə ayrılan mal-materialları özünün biznes strukturlarına daşıtdırırmış
Sabiq
müdafiə naziri Səfər Əbiyevin köməkçisi, ictimaiyyətin zəlzələşünas alim kimi tanıdığı “N” saylı məxfi hərbi hissənin sabiq komandiri Elçin Xəlilovun korrupsiya əməlləri haqda yeni detallar ortaya çıxıb. E.Xəlilov Cinayət Məcəlləsinin 308.2. və 179.3.2. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb. Bu,
hələ 2013-cü ilin yay aylarında baş vermişdi. Məlumata görə, fəaliyyəti
dövründə E.Xəlilovun dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına öz
şəxsi biznesini qurmaq, mal-materialın, avadanlıqların şəxsi məqsədləri
üçün istifadə etmək halları aşkar olunub. Tabeliyində olanlar belə onun
əslində hansı fəaliyyətlə məşğul olduğunu, hərbi hissələrdən əmlak və
avadanlıqların tapşırılan istiqamətlərə nə məqsədlə aparıldığını
bilmirlərmiş. Bunun hesabatını ondan soruşan olmayıb. Əyninə hərbi forma
geyinməsə də, tabeliyində olanlar ona “polkovnik”, bəziləri isə
“general” deyə, müraciət edirmişlər. Nazirlə xüsusi yaxınlığından əlavə,
adlı-sanlı alimin “çox mühüm” bir şəxs olduğu və rəhbərlik etdiyi
sahədə verdiyi tapşırıqların sözsüz icra olunduğu bildirilir. Bakı
şəhərinin və respublikanın müxtəlif yerlərində dövlətə məxsus
obyektlərin şəxsi məqsədləri üçün istifadə edildiyinə dair məlumatlar
var.
“Qusar”, “Zəlzələ-1”, “Zəlzələ-2”, “Dəniz”, “Çaykənarı” və s. kod adları
ilə işarələnən məntəqələr, sən demə, E.Xəlilovun və qohumlarının şəxsi
obyektlərinin, biznes qurumlarının yerləşdiyi məkanlar imiş…
“Komandir”in tapşırığı ilə tikinti materialları, avadanlıqların
daşındığı “obyektlər”in onun özünə və qohumlarına məxsus evlər, villalar
və biznes obyektləri olduğu yoxlamadan sonra üzə çıxıb.
təyinatını bildiklərindən, işlərin bölgüsünü, avadanlıqların daşınmasını
məhz onlar həyata keçiriblər. Müdafiə Nazirliyinin yoxlama
materiallarının prokurorluğa təqdim edilməsindən sonra isə həmin adamlar
da “yoxa çıxıb”lar. E.Xəlilov onlara bir müddət “gözdən uzaq” olmağı
tapşıraraq, özünün bütün məsələləri yoluna qoyacağını vəd edib…
olunan E.Xəlilova nazirliyin daxili yoxlaması nəticəsində rəhbərlik
etdiyi hərbi hissədə 3 milyon manata yaxın yeyintinin olması
bildirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=16447