“Mingəçevir tekstil” cərimələnib

03.07.2021 - 12:18
“Mingəçevir tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) cərimə protokolu yazılıb.
MMC-yə İnzibati Xətalar Məcəlləsinin 483-cu (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə) maddəsi ilə protokol tərtib olunub və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.
İş hakim Günay Cavadovanın icraatına verilib.
Bu xətaya görə, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, Mingəçevir Tekstil Qafqaz regionunun ən böyük iplik istehsal edən müəsissəsidir. Burada istehsal olunan məhsullar daxili bazarın ehtiyacını ödəməklə yanaşı xarici ölkələrə də ixrac edilir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=164770

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930