Meşələri avtomobilə çevirən məmur: Namik Xıdırovun sərvəti hardan gəlir?

13.07.2021 - 11:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov özünə bahalı avtomobil alıb. Bununla bağlı cumhuriyyet.az-a daxil olan mə lumatda deyilir ki, Namik Xıdırov bir neçə aydır qiyməti 153 min manat (90 min dollar) dəyərində olan təzə aldığı Toyota Land Cruiser avtomobilində gəzir.
“Uzunmüddət və son zamanlar dövlət idarəetməsində işləyən bu orta ölçülü məmur məmur maaşı ilə bu maşını necə ala bilər? Bu maşının hər detalında bir ağacın haqqı var. Və AA dövlət nömrə nişanı bu şəxsi maşının üstündə nə gəzir? Və ya bu maşın büdcə çatışmazlığından qan ağlayan əksər işçiləri minimal əmək haqqı alan zavallı ETSN in büdcəsi ilə alınıb, şəxsi maşın kimi istifadə edilir.
Həmçinin cumhuriyyet.az okaraq bildirək ki, bundan başqa Namik Xıdırov üçün ayrılmış Hundai Sonata markalı xidməti maşın da var. Amma O bu maşını bəyənmib və tez tez işə öz şəxsi maşını ilə gəlməkdən çəkinmir. 300-400 manat maaş alan işçilərin rəisi olaraq bunu etmək bir ayrı soyuqqanlılıqdır”, – deyə məlumatda qeyd olunur.
Namik Xıdırovun Meşələrin İnkişafı Xidmətinin binasının qarşısında çəkilmiş yeni avtomobilinin fotosunu təqdim edirik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=165048

XƏBƏR LENTİ

virtual_roadi

14.10.2021
Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031