Belarus prezidenti Aleksandr Lukoşenkoya “Azərbaycanın Dostu” Qızıl Ordeni təqdim edildi

10.08.2021 - 11:55

Minsk şəhərində Belarus Respublikasının Prezidenti Aleksandr Lukoşenkoya Azərbaycan xalqına qardaş və dost münasibətinə və Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrin qurulmasında, möhkəmlənməsində və inkişafında xüsusilə böyük xidmətlərinə görə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın Dostu” Qızıl Ordeni təqdim edilib.
“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Minsk şəhərində jurnalistlər, ictimaiyyət nümayəndələri, ekspert və media ictimaiyyəti üçün ənənəvi olaraq media formatda təşkil olunan “Prezidentlə Böyük Söhbət” çərçivəsində keçirilən görüşdə iştirak edib. Tədbidən sonra Baş redaktor “Azərbaycanın Dostu” Qızıl Ordenini Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təqdim edib.
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı münasibətl ərin mövcud səviyyəsindən məmnunluğunu ifadə edən Emil Nəsirli xalqlar arasında dostluğun dərin tarixi köklərə söykəndiyini vurğulayıb. Əlaqələrin inkişafında hər iki ölkənin rəsmi şəxslərinin xüsusi rol oynadığını xüsusi qeyd edən Emil Nəsirli, Azərbaycan Respublikası ilə Belarus Respublikasının dövlət qurumları arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyib.
Baş redaktor Emil Nəsirli Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda və Minskdə keçirdiyi görüşlərin hər iki ölkənin ictimai-siyasi və sosial-iqtisadi sahələrdə həyata keçirdikləri strategiyanın uğurlu davamı olduğunu qeyd edib.
Cənab A.Lukaşenkoya müraciət edən Emil Nəsirli onu da əlavə edib ki,
İkitərəfli əlaqələrə qarşılıqlı dəstəyin vacibliyini xüsusi qeyd edən Emil Nəsirli, Azərbaycanın qarşılıqlı olaraq Belarus xalqının dostluğuna hörmət və sevgi ilə yanaşdığını, eləcə də bu dostluq münasibətlərini yüksək qiymətləndirdiyini söyləyib.
“Azərbaycan Prezidenti cənab İlham Əliyevlə münasibətləriniz, şübhəsiz ki, xalqlarımız arasındakı əlaqələrə müsbət və pozitiv təsir edir”, – deyə Emil Nəsirli əlavə edib və “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi adından “Azərbaycanın Dostu “qızıl ordeni ilə təltif olunmağı münasibətilə Prezident A.Lukoşenkonu bir daha təbrik edib.
Prezident A.Lukoşenko öz növbəsində “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasına və kollektivinə təşəkkürünü bildirib.
Prezident Aleksandr Lukaşenko ikitərəfli əlaqələrin və əməkdaşlığın gücləndirilməsi istiqamətində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=165810

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31