Vaqif Abdullayevin kitabı Gürcüstan ictimai siyasi həyatında əks səda doğurub

20.08.2021 - 15:59

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında gürcü dilində “Azərbaycanın mehriban siması” adlı kitab çap olunub. Müəllifi siyasi elmlər doktoru, professor Vaqif Abdullayev olan kitabı gürcü dilinə Gürcüstanın Dövlət mükafatı laureatı, “Şərəf” ordenli yazıçı-dramaturq İmir Məmmədli tərcümə edib.
Kitabın müəllifi siyasi elmlər doktoru, professor Vaqif Abdullayev bu günə qədər müxtəlif siyasi ədəbiyyat nümunələrilə oxucuların görüşünə gəlmiş Vaqif Abdullayev özünün oxucu dairəsini yarada bilmişdi. Ona görə də professor Vaqif Abdullayevin bu kitabı da həmin böyük yaradıcılıq işinin mükəmməl davamıdır. Kitabın ən önəmli cəhətlərindən biri odur ki, buradakı 5 fəslin hər birində Birinci vitse-prezident Mehriban xanım Əliyeva adi vətəndaşlıqdan Birinci vitse-prezidentliyə qədər keçdiyi yolda bir Azərbaycan xanımı kimi zaman-zaman cəmiyyətə nüfuz etmək, seçilmək, önə çıxmaq keyfiyyətləri ilə diqqəti çəkir. Onun ictimai-siyasi müstəvidəki fəaliyyəti öz bazası ilə həm istedadını, həm də dünya siyasətinə qatılmaq məharətini büruzə verir. Açıq şəkildə görünür ki, Mehriban xanım Əliyeva Azərbaycanda qadın hərəkatının önündə getməklə bərabər, həm də müasir Azərbaycan qadınının bitkin obrazının ifadəçisidir.
Professor Vaqif Abdullayevin kitabında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın siyasi həyatındakı ilk addımları, onun Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, həmçinin ilk Avropa oyunlarının Təşkilat Komitəsinin sədri kimi göstərdiyi qətiyyət, atdığı addımlar həm tarixilik baxımından, həm də müasirlik prizmasından diqqətçəkən və təqdirəlayiqdir.
Bu mənada məhz Heydər Əliyev Fondunun rəhbəri olduğu zaman kəsiyində Mehriban xanım Əliyevanın gördüyü işlər hər kəsə müsbət təsir göstərməklə yanaşı, həm də bir sevinc, qürur hissi yaşadır. Yeri gəlmişkən, onu da xatırladım ki, bu kitabda Mehriban xanım Əliyevanın həm Azərbaycanın daxilində, həm də onun hüdudlarından kənarda bir dövlət adamı, həm xanım rəhbər kimi atdığı addımlar, göstərdiyi əməli fəaliyyət demək olar ki, zaman ardıcıllığıyla öz əksin tapıbdı. Yəni istər Azərbaycan mədəniyyətinə, muğamına göstərilən diqqət, istər kimsəsiz uşaqlara, qaçqın və əlillərə, müharibə veteranlarına, Azərbaycanın mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinə göstərilən böyük diqqət və qayğının təşəbbüskarı da, onu idarəedən də məhz Mehriban xanım Əliyevadır. Bütün bunlar da adı çəkilən kitabda öz əksini tapıbdı.
Nəşrdə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfirinin həyatı, humanist keyfiyyətləri, müxtəlif sahələri əhatə edən xeyriyyəçilik fəaliyyəti, layiq görüldüyü ali mükafatlar, beynəlxalq tədbirlərdə iştirakı və çıxışları haqqında ətraflı məlumatlar, xarici media qurumlarına müsahibələri və fotoşəkilləri yer alıb.
Ötən il Tbilisidə işıq üzü görən nəşrin bir müddət önə Gürcüstan Yazıçılar Evində təqdimat mərasimi keçirilib. Tədbirdən öncə, millət vəkili, akademik Nizami Cəfərov, sabiq deputat, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Tiflisdə Ulu öndər Heydər Əliyevin adına olan parkda olub, abidəsi önünə güllər qoyublar.
Tədbir Gürcüstan Yazıçılar Birliyinin akt zalında keçirildi. Tədbiri giriş söz ilə Gürcüstan Elmlər Akademiyasının prezidenti Giorgi Kvesitadze açaraq ölkələrimiz arasında dostluq və qardaşlıq, strateji müttəfiqlik münasibətlərdən söz açdı. Kitabın əhəmiyyətindən danışan Kvesitadze Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanı tək Azərbaycanın yox, Qafqazın Mehriban Siması adlandırdı.
Vaqif Abdullayev yazır: "O, həm də Qafqazın Mehriban simasıdır"
Sonra çıxış üçün söz Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevə verildi. Səfir qeyd etdi ki, regionun yaxın müttəfiq ölkələri olan Azərbaycan və Gütcüstan arasında bütün sahələrdə yaxşı əməkdaşlıq qurulub, humanitar sahədə əlaqələr uğurlu inkişaf edir. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə bu ölkədə çoxmiqyaslı layihələr həyata keçirilməkdədir. Sosial-humanitar layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətləri vardır. Fondun bu ölkədə elm, təhsil, səhiyyə, idman və digər sahələrdə həyata keçirdiyi mühüm layihələr minlərlə insanın həyatında dərin izlər buraxmışdır. Hazırda bu istiqamətdə səmərəli əməkdaşlıq davam etməkdədir.
Tədbirdə çıxış edən Gürcüstan Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Roin Metreveli müstəqil ölkələr olan Azərbaycan və Gürcüstan Respublikaları arasında münasibətlərin yüksək səviyyəyə çatmasında dahi siyasətçilər Heydər Əliyevin və Eduard Şevardnadzenin əvəzolunmaz xidmətlərindən danışdı. Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın böyük uğurlar qazandığını, möhtəşəm iqtisadi inkişaf gücünə malik ölkəyə çevrildiyini qeyd edərək Cənab Prezidentlə birgə bu milisiliz tərəqqinin əldə olunmasında Mehriban xanımın yorulmaz fəaliyyətini yüksək qiymətləndirdi. Vitse-prezident kitabın gürcü dilinə tərcünə olunmasını böyük əsər kimi qiymətləndirdi.
Akademik Nizami Cəfərov çıxışı zamanı iki olkə arasında dostluq əlaqələrindən və bir çox sahələrdə əldə edilmiş örnəkverici uğurlardan danışdı. Mehriban xanım Əliyevanın dövlət adamı, həm də qayğıkeş xanım kimi Gürcüstanın ictimai-humanitar həyatında oynadığı xüsusi rola diqqət çəkərək Onun misilsiz xidmətlərinin və bənzərsiz yorulmaz fəaliyyətinin gürcü xalqı tərəfindən rəğbətlə qarşılandığını xatırlatdı.

Sonra çıxış edən Gürcüstan Beynəlxalq Münasibətlər və Poltologiya Akademiyasının prezidenti Simon Kobadze Mehriban Əliyeva haqqında sanballı kitabın gürcü dilində tərcümə edilməsini ölkələr arasında ictimai-siyasi, elmi-mədəni əlaqələrin qürurverici nümunəsi kimi qiymətləndirərək elm və təhsil sahəsində əməkdaşlığın münasibətlərimizin möhkəmlənməsinə verdiyi sanballı töhfələrdən bəhs etdi. Mehriban xanımın gürcü xalqının elm və mədəniyyət irsinə göstərdiyi diqqət və qayğısına görə, minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edən Cingiz Qənizadə Mehriban Əlyevanın çoxşaəli fəaliyyətində humanizmin xüsusi yer tutduğunu, insan hüquq və mənafelərinin qorunmasında, layiqli həyatlarının təmin edilməsində və Mehriban xanımın bilavasitə təşəbbüsü ilə son 15 ildə qəbul edilmiş çoxsaylı əfv və amnistiya aktlarının əhəmiyyətindən danışdı.
“SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov da çıxışı zamanı Azərbaycanın Gürcüstanda uğurla icra etdiyi çoxsaylı layihələrdən, qazlaşdırma, elektrik enerjisi, su təminatı, digər böyük infrastruktur və sosial tədbirlərdən bəhs etdi. Bildirdi ki, Azərbaycanın dəstəyi ilə Gürcüstanda 100-lərlə tələbəyə təqaüdlər verilir, müxtəlif tədris müəssisəsiləri kompüter və digər vəsaitlərlə təmin olunur.
Türkiyənin Gürcüstandakı səfirinin birinci müavini Onur Sezin
Vaqif Abdullayev yazır: "O, həm də Qafqazın Mehriban simasıdır"
Azərbaycan-Gürcüsatn-Türkiyə mehriban qonşuluq siyasətinin regionun təhlükəsizliyi, sabit və davamlı inkişafında mühüm rol oynadığını, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və digər birgə həyata keçirilən layihələrin bölgədə geniş əməkdaşlıq mühiti yaratdığını qeyd etdi. Bildirdi ki, 3 dost və qardaş ölkənin strateji müttəfiqliyi bölgə ölkələri üçün yaxşı əməkdaşlıq nümunəsinə çevrilib. Cənab Sezin Mehriban xanımın humanitar sahələrdəki çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirdi.
M.F.Axundov adına Mədəniyyət Mərkəzinin direktoru Leyla Əliyeva Azərbaycanın Gürcüstanın ictimai-sosial həyatında yaxından iştirak edərək davamlı dəstək göstərdiyini, bu ölkədə yaşayan azərbaycanlıların sosial-mədəni inkişafına əvəzsiz töhfə verdiyini, Axundovun və Nərimanovun ev muzeylərinin təmir edilməsində böyük xidmətlərini alqışladı. Bu cür həssas diqqət və qayğıya görə, Azərbaycan dövlətinə dərin hörmətini ifadə etdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=166202

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930