Rusiya nüvə arsenalını artırır – Silahlanmaya 300 milyard dollar ayırır

31.01.2015 - 21:20

Neftin ucuzlaşmasına və iqtisadi çətinliklərə baxmayaraq
Rusiya generaliteti silahlı qüvvələrin irimiqyaslı modernizasiyası
proqramını elan edib. Virtualaz.org saytı xəbər verir ki, yanvarın 30-da
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri
Gerasimov və müdafiə naziri Sergey Şoyqu bu barədə Moskvada keçirilən
müşavirədə bəyan ediblər.

Onların bildirdiyinə görə, Rusiya özünün nüvə arsenalını artıracaq və strateji zonalarda hərbi iştirakını gücləndirəcək.
Generallar bildiriblər ki, Rusiya ordusunun modernizasiyası proqramına
300 milyard dollar sərf olunacaq. Bu proqram 2020-ci ildə
yekunlaşmalıdır. Bu il isə Rusiya ordusunun sərəncamına nüvə başlığı
daşıyan 50 yeni qitələrarası ballistik raket veriləcək.
“Biz öz strateji qüvvələrimizi onların optimal effektivliyini
təmin etmək üçün gücləndiririk. Eyni zamanda ABŞ və NATO-nun Rusiya
üzərində hərbi üstünlüyünə imkan verməmək üçün konvensial qüvvələrimizi
möhkəmləndiririk” – deyə general Gerasimov bildirib.

V.Gerasimov deyib ki, hazırda Qərb ölkələri təcavüzün yeni formalarından
istifadə edir, hərbi və qeyri-hərbi vasitələri kombinə olunmuş formada
tətbiq edir, bura iqtisadiyyat və informasiya yayımı da daxildir.
Rusiya ordusunun modernizasiyası layihəsi prezident Vladimir Putin
tərəfindən təsdiqlənib. Bu plana görə Rusiya ordusunun hərbi arsenalı
70-100 faiz arasında yenilənməlidir.
Müdafiə naziri Sergey Şoyqu deyib ki, modernizasiya ilə yanaşı Rusiya
hərbi-siyasi vəziyyəti nəzərə alaraq strateji zonalarda öz hərbi
iştirakını artıracaq.

Qeyd edək ki, vaxtilə SSRİ-nin də dağılmasında neftin
uçuzlaşmasının və sürətli silahlanmanın böyük rolu olub. Eyni aqibəti
Rusiyanın da yaşayaçağı istisna deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=16643

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728