Bakıda valideynlər övladlarını məktəbə göndərməkdən imtina etdi

29.09.2021 - 11:44

Yasamal rayonunda yerləşən Mikayıl Müşfiq adına 18 saylı orta məktəbin 5-ci sinif şagirdlərinin valideynləri övladlarını yeni dərs ilində məktəbə göndərməkdən imtina edib. Qaynarinfo xəbər verir ki, buna səbəb məktəb rəhbərliyinin qərarı ilə onların dərs saatının dəyişdirilməsidir. Belə ki, əvvəlki illərdə həmin şagirdlər təhsil müəssisəsinə səhər növbəsində gediblər. Bu qərar valideynlərlə məsləhətləşmədən və xəbərdarlıq edilmədən qəbul olunub.
Valideynlərin əksəriyyəti 18 saylı məktəbi məhz bir növbəli olduğuna görə seçiblər. İndiki dəyişiklik isə işləyən valideynləri çətin vəziyyətə salıb. Onlar bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, heç bir cavab almayıblar.
Valideynlər bildiriblər ki, övladlarını birinci növbəyə qaytarılmayana qədər dərsə buraxılmayacaqlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167196

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930