İcra başçısı tikilərək istifdəyə verilən yeni həkim məntəqəsində olub

07.10.2021 - 19:50
Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, Qazax rayonunun Çaylı kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax Rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən köhnə həkim məntəqəsi üçün yeni inzibati bina tikilərək istifadəyə verilib.

Mediaxeberleri.Az xəbər verir ki, bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Çaylı kəndində tikilərək istifdəyə verilən yeni həkim məntəqəsində yaradılan şəraitlə tanış olub.

Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Ramil Göyüşov rayon rəhbərinə məntəqə haqqında məlumat verərək bildirib ki, Azərbaycan-Yaponiya dostluğunun və əməkdaşlığının bariz nümunəsi olaraq tikilən həkim məntəqəsinin ümumi sahəsi 120 kv.m-dir.

Baş həkim, ailə həkimi ilk yardım, ginekoloq, peyvənd, pediatr olmaqla, 5 otaqdan ibarət olan məntəqədə həkim və tibb işçilərinin əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Müasir standartlara cavab verən istilik sistemi ilə təchiz edilib, sanitar qovşağı yaradılıb, avadanlıqlarla təmin olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167435

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930