Qazaxda Yaponiya səfirliyinin dəstəyi ilə tibb məntəqəsi tikilib – Səfir Çaylı kəndinə getdi

09.10.2021 - 23:11

Yaponiyanın Azərbaycandakı səfrliyinin “Ot kökləri və insan təhlükəsziliyi” Qrant Yardımı Proqramı çərçivəsində Qazax rayonunun Çaylı kəndinin ərazisində müasir tibb məntəqəsi tikilərək istifadəyə verilib. Layihə “Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilib.

Təşkilatdan verilən məlumata görə, əvvəllər Çaylı kəndində ümumiyyətlə tibb məntəqəsi mövcud olmayıb. Əhali yerli İcra Nümayəndəliyinin 1960-ci ildə inşaa edilmiş binasındakı 1 otaqdan məntəqə kimi istifadə edib. Otaqda su, sanitar qovşağı, ümumiyyətlə əhaliyə tibb xidmətlər göstərilməsi üçün normal şərait mövcud olmayıb.

Resurs mərkəzi problemin həlli ilə bağlı Yaponiya səfirliyinə qrant yardımı üçün müraciət edib və müsbət cavab alıb. Nəticədə Çaylı kəndində 7 otaqdan ibarət yeni bina tikilərək istifadəyə verilib. Binada 8 min nəfərə yaxın əhalisi olan Çaylı, habelə 1300 nəfər sakini olan Bala Çaylı kəndlərinə tibbi xidmət üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 120 kv.m olan həkim məntəqəsində baş həkim, ailə həkimi ilk yardım, ginekoloq, peyvənd, pediatr olmaqla, 5 otaqdan ibarətdir. Bina müasir standartlara cavab verən istilik sistemi ilə təchiz edilib, sanitar qovşağı yaradılıb, avadanlıqlarla təmin olunub.

Oktyabrın 8-də Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Qazax rayonunda səfərdə olub.

Səfir Vada Cüniçi, Yaponiya səfirliyinin əməkdaşı Natəvan Vəkilova, “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə qrant layihəsi proqramı üzrə Konsultantlar Haşimoto Takuma, Zakir Əliyev, layihə rəhbəri Təranə Kərimova, Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Ramil Göyüşov Qazax Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə görüşblər.

Sonra yaponiyalı diplomat yeni həkim məntəqəsində yaradılan şəraitlə tanış olub.”AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167479

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031