“Millət öz böyük övladlarına sahib çıxmağı bacarmalıdır”

03.11.2021 - 12:44
Bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycan Xalq Yazıçısı Çingiz Abdullayevə qarşı aparılan qarayaxma kampaniyası kəskin qınağa layiqdir. Ömründə Çingiz Abdullayevin bir kitabını belə oxumamış bəzi adamların Azərbaycanın müasir mədəniyyətində silinməz iz qoymuş böyük bir şəxsiyyət haqqında  bu qədər qərəzli danışması hörmətli ədibimizə qarşı bədxah insanlar tərəfindən məqsədli şəkildə qaralama kampaniyasının təşkil olunduğundan xəbər verir. Bu üzdəniraq kampaniya öz ölkəsi ilə fəxr edən hər bir Azərbaycanlının qəlbində onu təşkil edənlərə qarşı yalnız ikrah və nifrət hissləri yarada bilər.
Birincisi, Çingiz Abdullayevin çıxışında Azərbaycan cəmiyyətini incidə biləcək və ya cəmiyyətin hər hansı bir üzvünün heysiyyətinə toxuna biləcək bir söz belə yoxdur. Çingiz Abdullayev həqiqəti söyləyib və həqiqət kimi isə narahat edirsə onun həqiqətə qarşı təşkil etdiyi kampaniya da cəmiyyəti bir o qədər narahat etməlidir.
İkincisi, Çingiz Abdullayev çağdaş Azərbaycan ədəbiyyatının, bütövlükdə milli müasir mədəniyyətimizin dünya miqyasında parlayan bir ulduzudur. Çingiz Abdullayevə atılan şər-böhtan hər bir Azərbaycanlının şərəfinə və qüruruna atılan ləkə kimi qəbul olunmalıdır. Çingiz Abdullayevə qarşı düzənlənən hər bir hücum çağdaş mədəniyyətimizə qarşı təcavüz cəhdi kimi başa düşülməlidir. Dünya miqyaslı bir ziyalımıza yönəlmiş qərəzli hücumların qarşısında durmaq isə  xalq və millət olaraq olaraq gələcək nəsillərimizə ötürə biləcəyimiz dəyərli bir örnəyi və qiymətli bir  mirası qorumaq deməkdir. Nizamini, Nəsimini, Füzulini, Axundzadəni, Cavidi, Vurğunu, Vahabzadəni və adlarını çəkə biləcəyimiz yüzlərlə digər fikir və söz sahiblərimizi qoruduğumuz kimi  Çingiz Abdullayevi də bədxahların şərindən  qorumağı bacarmalıyıq. Zehni və əqidəsi ilə, əməyi və uğurları ilə, Vətən sevgisi və fədakarlığı ilə böyük sayılanlar xalqın və millətin övladlarıdır. Millət öz böyük övladlarına sahib çıxmağı bacarmalıdır.
Çingiz Abdullayev Azərbaycan cəmiyyəti üçün, bu günün və gələcəyin Azərbaycanlıları üçün əvəzsiz bir mədəni dəyər olmaqla milli qürur mənbəyimizdir. Mədəni dəyərlərimizi və milli qürurumuzu qorumaq isə hər birimizin mənəvi borcumuzdur!
Cavanşir Feyziyev, Millət vəkili
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168062

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31