Bölgəmizə qarşı qarayaxma kampaniyası aparmaq kimlərin marağındadır

17.11.2021 - 08:44

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir?
Yalnız yüksək peşəkarlıqla, dərin biliklə, kreativ düşüncə tərzi ilə, ən başlıcası vətənə, xalqa, dövlətə sədaqət hissi ilə bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür. Vətəndaşın müsbət imici xalqın dövlətə münasibətinin formalaşmasında mühüm rol oynayır.
Gəlin razılaşaq ki, vətəndaşların qarşısına qoyulan bütün bu tələblərə cavab verən insanların qədri bilinməli, onların müsbət imicinə ziyan vuracaq hər hansı haqsız iddiaların, şər-böhtanın qarşısını almaq bütün cəmiyyətin marağında olmalıdır. Xüsusilə belə məsələlərdə kütləvi informasiya vasitələri ehtiyatlı, həssas olmalı, yetərincə dəqiqləşdirilməmiş məlumatları dövriyyəyə buraxmamalıdırlar.
Amma çox təəssüf ki, Azərbaycanın informasiya məkanında müşahidə olunan “sensasiya” dalınca qaçmaq kimi mənfi tendensiya hərdən hətta nümunəvi dövlət qulluqçularının da nüfuzuna xələl gətirir. Müasir Azərbaycan reallığında pis şayiələrin nişangahına tuş gəlmiş təmiz adamlar, tərəqqipərvər vətəndaşlar, vicdanlı dövlət qulluqçuları, hökumət məmurları az deyildir. Ölkəmizdə yaranmış söz azadlığından sui-istifadə edənlər hədəf seçdiklərinin barəsində hədyan, böhtan yayır, bu yolla öz cılız məqsədlərinə çatmaq istəyirlər. Vəzifəli şəxsin haqqında yayılmış mənfi informasiyanın yalan olduğu sübuta yetirildiyi təqdirdə belə, yenə də təsirsiz ötüşmür. Onun barəsində ictimai fikir haçalanır, kimsə “ocaq yanmasa, tüstü çıxmaz” – atalar sözünü yada salır və s.
Haqqında söz açdığımız mövzu bölgəmizin nüfuzuna xələl gətirən biabırçı videoreportajın yayılmasıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bu videoreportajı əqli geriliyi (digər adı debillik) olan ruhi xəstə əvvəlki adı Rəşad Ələkbərov hazırda Mircəfər Hüseyinzadənin yayması cəmiyyətdə çaşqınlıq yaradıb..

Bir qazaxlı kimi məni narahat edən məsələnin araşdırılıb dəqiq və dürüst ictimaiyyətə çatdırılmasını özümə borc bildim. Ən yetişkin demokratik mühit, ən mükəmməl qanunvericilik, ən ədalətli məhkəmə jurnalistə rahatlıq gətirə bilər, ancaq onun yerinə həqiqəti axtarmaz. Həqiqətləri axtarmağa, bu barədə hamını məlumatlandırmağa məhkum edilən jurnalistlərə bu yazı bir prinsipi əsas götürüb: həqiqəti axtarmaq, öyrəndiklərini, üzə çıxardıqlarını, tapdıqlarını ictimaiyyətin diqqətinə yetirməklə həqiqətin nə olduğunu toplumun özünün qərar verməsinə nail olmaq önəmlidir.Bir şərtlə ki, məlumatın toplanma, işlənib – hazırlanma, diqqətə yetirilmə mərhələlərində yararlandığım bütün üsullar həmin məlumata inamı sarsıtmasın. Jurnalist etikası məhs mediaya inam problemini, bu baxımdan peşə standartlarının önəmini, peşəkarların razılaşdığı və topluma açıqladığı davranış qaydalarını diqqətdə saxlayır və həmin səbəbdən daim aktuallığını qoruyur. Bu yazıda ifadə etdiyim fikirlərə görə kimlərdənsə təşəkkür almaq istəyim yoxdur. Sadəcə, vicdanımın tələbi idi, bunları yazmaq. Hətta bu yazımla ədalətli Qazax ziyalılarına da ünvanlı çağırış edərək, münasibət bildirmələrini istərdim.

Sonda əsl qazaxlılara səslənərək deyirəm: Əziz qazaxlılar, sizlər ki, haqqın nə olduğunu yaxşı bilirsiniz, belə yerdə susmayın, münasibət bildirin. Şair Mədət Məhbub demişkən:

Sizə qurban olum, ay Qazaxlılar!

Duruşu dağlara tay Qazaxlılar!

Yığışın hay salın, hay, Qazaxlılar!

Küsüb, dağılışıb iraq olmayın!

Qaynayın, qarışın, qıraq olmayın!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168283

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031