Ermənilərin təxribatı öncədən bəlli idi

18.11.2021 - 11:49

Ermənilərin Zəfər günündən başlanmış təxribatları gündən-günə artdı. Bu təxribatların nə ilə nəticələnə biləcəyi öncədən bəlli idi.
Bu fikirləri millət vəkili Cavanşir Feyziyev bildirib. Bizə də, ermənilərə də. Buna baxmayaraq ermənilər inadlarından dönmədilər və onların xırda quldurluq cəhdləri qoşunlar arasında tam miqyaslı döyüşlərə keçdi. Qəhrəman əsgərlərimiz şəhid oldu və 10 igidimiz yaralandı. Allah şəhidlərimizə rəhmət eləsin! Onlar öz ölümləri ilə ölməzliyə qovuşdular. Yaralı övladlarımıza tezliklə sağalmağı və Vətənin müdafiəsi uğrunda şərəfli missiyalarını sonadək yerinə yetirməyi arzulayıram. Düşmən nə istəyirdi və nəyə nail oldu? Erməni mətbuatının məlumatlarına görə, 20-ə yaxın ölü, 40-dan çox yaralı, üstəlik 12 əsir. Əlbəttə bu son deyil. Düşmən baş qaldırdığı hər an bundan daha ağır zərbə alacaq. 44 günlük müharibənin acı nəticələri erməni beyninin özünüməhvetmə funksiyasını işə salıb. Onlar təxribat da törədə bilər, terror aksiyaları da həyata keçirə bilərlər. Amma sonları məhv olub bütün tarixi Azərbaycan torpaqlarından tam və birdəfəlik silinmək olacaq.
Allah Şəhidlərimizə rəhmət eləsin!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168291

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031