UITP-nin Avrasiya regionu üzrə İcraiyyə Komitəsinin iclası keçirilib

20.11.2021 - 10:30

Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə Moskva şəhərində təşkil olunan beynəlxalq əhəmiyyətli Nəqliyyat həftəsi və Nəqliyyat forumu çərçivəsində 17 noyabr tarixində İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyasının (UITP) Avrasiya bölməsinin hibrid formatda növbəti görüşü və “Şəhər mobilliyinin inkişafında COVİD-19 pandemiyasından doğan yeni çağırışlar” mövzusunda dəyirmi masa keçirilib. Tədbidə pandemiyanın Avrasiya regionunda ictimai nəqliyyata təsirləri, əks-epidemik tədbirlərin həyata keçirilməsi, uyğun həllərin tapılması və ictimai nəqliyyatın inkişafı ilə bağlı post-COVİD dövrünün prioritetləri barədə müzakirələr aparılıb.
Dəyirmi masada Bakı Nəqliyyat Agentliyi Aparatının rəhbəri Gülşən Rzayeva Bakıda ictimai nəqliyyatın inkişafı ilə bağlı post-COVİD dövrünün prioritetləri mövzusunda çıxış edib. Agentliyin fəaliyyətinin bütövlükdə dayanıqlı şəhər mobilliyinin inkişafının təmin edilməsinə yönəldiyi və ictimai nəqliyyatın inkişafı, şəhərin piyada mühitinin yaxşılaşdırılması və alternativ nəqliyyat növlərinin inkişafı kimi istiqamətləri əhatə etdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Agentlik tərəfindən pandemiya dövründə ictimai nəqliyyatda əlçatanlığın, rahatlığın və təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən operativ tədbirlər, ekspres xətlərin və avtobus zolaqlarının təşkili haqda məlumat verilib. Həmçinin, qeyd edilib ki, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, avtobus parkının və nəqliyyat infrastrukturunun inkişafına dövlət investisiyaları davam edib ki, bu da, hər hansı fövqəladə hallarda sərnişindaşıma və mobilliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Post-COVİD dövrünün əsas prioritetlərindən olan piyada zonaları və velosiped yollarının yaradılması, avtobus parkının yenilənməsinin, mərkəzləşdirilmiş dispetçer xidmətinin fəaliyyətinin genişləndirilməsinin, ümumilikdə şəhər mobilliyinin inkişafı istiqamətində gələcək planlar barədə məlumat verilib və ictimai nəqliyyat etibarın bərpa edilməsinin əsas məqsədlərdən olduğu bildirilib. Qeyd olunub ki, cari ilin oktyabr ayında aylıq səyahətlərin həcmi ilk dəfə olaraq pandemiyadan əvvəlki həcmin 85%-nə çatıb ki, bu da ictimai nəqliyyata etibarlılığın artmasını göstərir.
Digər çıxışlar zamanı müxtəlif şəhərlərin pamdemiya zamanı ictimai nəqliyyatın dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin ictimai nəqliyyat növlərinin inteqrasiyası, əlçatanlığın və etibarlılığın artırılması, yeni texnologiyaların tətbiqi üzrə təcrübələr bölüşülüb. Qeyd olunub ki, ictimai nəqliyyata dövlət dəstəyi tək bu sahənin deyil, ümumilikdə şəhərin mobilliyinin inkişafına töfhə verir və şəhər mühitinin təkmilləşməsinə təsir edir.
Tədbirdə, həmçinin UITP-nin Baş katibi Mohamed Mezqaninin pandemiya dövründə ictimai nəqliyyatda sərnişindaşımanın effektivliyini artırmaq, yoluxmaların qarşısını almaq üçün təmassız və yeni rəqəmsal idarəetmələrin tətbiqi barədə video çıxışı təqdim olunub.
BNA 2018-ci ildən UITP-nin üzvüdür və 2019-cu ildən Avrasiya İcraiyyə Komitəsində təmsil olunur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168318

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031