Bakcell “Milli KSM Mükafatı 2020”-nin qalibləri sırasında

22.11.2021 - 12:30

Şirkətin pandemiya ilə mübarizəyə töhfəsi yüksək qiymətləndirilib

Bakcell şirkəti “Milli KSM Mükafatı 2020”-nin qalibi elan olunub. “Yaxşı səhiyyə və Rifah” nominasiyasında təqdim edilmiş bu mükafat şirkətin xüsusi karantin rejimi dövründə Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə həyata keçirdiyi genişmiqyaslı tədbirlər planı çərçivəsində görülən işlərə görə təqdim edilib.

Bakcell Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən ekspress-testlərin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bütün karantin mərkəzlərində çalışan həkimlərə və müxtəlif karantin mərkəzlərindəki vətəndaşlarımıza Bakcell tərəfindən ödəmə kartları hədiyyə olunub. Şirkət Bakının Binə qəsəbəsində yaşayan 650 aztəminatlı ailə üçün ərzaq yardımı proqramı həyata keçirib.

Bununla yanaşı, pandemiya dövründə abunəçi və əməkdaşlarının təhlükəsizliyini qorumaq, bu sahədə maarifləndirməni həyata keçirmək məqsədilə Bakcell uzunmüddətli məlumatlandırma və kommunikasiya proqramları həyata keçirib. Həmçinin, Bakcell öz əməkdaşlarına evdən işləmək üçün lazımi şərait yaradıb.

Artıq 3-cü dəfə təşkil edilən “Milli KSM Mükafatı” müsabiqəsinin əsas məqsədi dövlət siyasətinin, Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq ölkəmizdə həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihələrinin və xeyriyyəçilik təşəbbüslərinin artmasına təkan vermək, həmçinin KSM layihələr həyata keçirən şirkətlərin fəaliyyətini daha geniş miqyasda təqdir etməkdir.

“Milli KSM Mükafatı 2020”-nin qaliblərini müəyyən edən Komissiyanın tərkibinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Asan Xidmət, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası (AQSİA) və Proaktiv PR Agentliyinin nümayəndələri daxil olub.

Qeyd edək ki, 2020-ci il ərzində həyata keçirilmiş sosial layihələr aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən təhlil edilərkənBMT-nin Dayanıqlı İnkişaf Məqsədləriəsas götürülüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168325

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930