Erməni riyakarlığına Rusiyanın cavabı

24.11.2021 - 13:16

MHP Başkanı Devlət Baxçəlinin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana bağışladığı “Türk Dünyası” xəritəsi hamıdan çox erməniləri həyəcanlandırdı. Növbəti dəfə riyakarlıq etmək üçün səbəb tapdıqlarını zənn edən erməni politoloqları xüsusi canfəşanlıqla yerli və beynəlxalq mətbuatda Rusiyanı “ayılmağa” çağırdılar və Türkiyənin ona qarşı ərazi iddialarında bulunduğunu Rusiyaya “başa salmağa” çalışdılar. Rusiya mətbuatında ildırım sürəti ilə yayılan şərhlərində Rusiyanı az qala Türkiyəyə müharibə elan etməyə çağıran ermənilər bir anlıq da olsa öz məkrlərinə inanaraq sevinclərini gizlətmirdilər. Yerləşdikləri ərazilərdə bütün xalqları və millətləri bir-birinə qarşı kökləməkdə uzun ömürlü təcrübəyə malik olan erməni ideoloqları ara qarışdırmaq fürsətini əldən verməmək üçün “Böyük Turan” ideyasının Rusiyaya “böyük təhlükə” olduğunu rus ictimai fikrinə sırımaqda israr edirdilər.

Bütün cəhdlərə baxmayaraq Rusiya siyasi elitası növbəti erməni təxribatına təmkinlə yanaşdı. Rusiyanın taleyi üçün ermənilərin hamıdan çox canfəşanlıq etməsi bir neçə gün ərzində Rusiya siyasi elitasında heç bir reaksiya doğurmadı. Bütün bunlardan ermənilərin təəccüblənmək və ya təəssüflənmək lazım gəldiyini hələ başa düşmədiyi bir vaxtda Rusiya dövləti “Türk dünyası” xəritəsinə öz münasibətini ən yüksək səviyyədə – Kremlin sözçüsü Dmitri Peskovun şərhində bildirdi. Rusiya prezidentinin mətbuat katibi sözügedən xəritə ilə bağlı nəinki məyus olduğunu, əksinə bu xəritədə Rusiyanın Altay Respublikası üzərində qızılı türk ulduzunun qoyulmalı olduğunu deməkdən də çəkinmədi. Ermənilərin Rusiyanı Türkiyəyə qarşı “təcili hərəkətə keçmək” çağırışlarına Peskovun gözlənilməz cavabı erməni ideoloqlarına soyuq duş təsiri bağışladı və ermənilərin özü üçün yeni suallar yaratdı.

Kreml bununla nə demək istəyirdi? Primitiv ara qarışdırma siyasətinin keçmişdə qaldığını və rişxənd doğurduğunu, Türkiyənin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarına doğma münasibətinin təbii olduğunu yoxsa türklərlə ruslar arasında tarixi coğrafi bağlılığın olduğunu?

İxtisasca türkşünas olan Dmitri Peskovun erməni riyakarlığı qarşısında qoyduğu bu sualların cavabını tapmaq əlbəttə, erməni ideoloqların işidir. Erməni siyasətçiləri Peskovun dili ilə səsləndirilən Rusiya mesajını anlasalar, MHP Başkanının xəritəsi ilə bağlı qaldırdıqları hay-küyün yersiz və iyrənc olduğunu başa düşərlər. Bunu başa düşsələr, erməni xislətində kök salmış riyakarlıq və hiyləgərlik, ikiüzlülük və satqınlıq kimi mərəzlərdən xilas olmağın yolları haqqında düşünərlər.

Dünya sürətlə dəyişir, zaman-zaman tarixin döyüş səhnələrində üz-üzə gəlmiş dövlətlər öz xalqları üçün layiqli həyat şəraiti təmin etmək üçün ilk növbədə qonşularla münasibətlərini qarşıdurmadan əməkdaşlığa, düşmənçilikdən müttəfiqliyə doğru dəyişirlər. Bütün bunlar insan həyatının dəyərli olduğunu və milliyyətindən asılı olmayaraq hər bir insanın öz həyatını təhlükəsiz və ləyaqətlə yaşamaq hüququnu anlamaqdan irəli gəlir. Türk Dövlətlərinin birliyi də öz məramı ilə insanlığn humanistləşməsini, sivilizasiyalar arası münasibətlərin qarşılıqlı harmonik əməkdaşlığa əsaslanmasını hədəfləyən mütərəqqi bir ideyadır. Dmitri Peskovun açıqlaması da onu göstərir ki, bu ideyanın həyata vəsiqə qazanması Rusiyanı narahat etmir, əksinə TDB timsalında Avrasiyada sülhün və təhlükəsizliyin bərqərar olunmasında yeni bir dayaq nöqtəsinin siyasət meydanına çıxması Rusiyanın təhlükəsizliyi üçün də yeni imkanlar yaradır. TDB-nin doğuluşu Avrasiyada kənar güclərin hegemonluğunu aradan qaldırır və dünya siyasi sistemində təkqütblükdən çoxqütblüyə doğru inkişafı dəstəkləməklə bütöv Avrasiya məkanında hərbi-siyasi güc mərkəzləri arasındakı nisbəti bütün xalqların xeyrinə balanslaşdırır. Türk dövlətlərinin məqsədəuyğun fəaliyyətləri isə bu perspektivi labüdləşdirir.

Bu həqiqətin ayrıca ermənilər tərəfindən də anlaşılması və qəbul edilməsi Cənubi Qafqazda və eləcə də Rusiyanın özündə sülh və təhlükəsizlik şəraitinin təmin edilməsinə böyük töhfə ola bilər.

Cavanşir Feyziyev

Millət vəkili, Fəlsəfə doktoru

23 noyabr 2021.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168367

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031