Kəlbəcər təhsilinin yeni rəhbəri də həbs cığırına düşüb
Məhyəddin Əbdürrəhmanovun siyasi keçmişi və bu günkü
əməlləri haqda şok iddialar
Bir müddət öncə Kəlbəcər Rayon Təhsil Şöbəsinin keçmiş müdiri, adı
jurnalist Ərşad İbrahimovun həbsində hallanan Məhəmməd Bağırov həbs olunu. Məlymat üçün bildirək ki, Məhəmməd Bağırov
barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində
cinayət işi başlanmışdı. Məlumatlara görə o, rüşvət və korrupsiyada ittiham
olunur. Hələ bir neçə il əvvəl Ərşad İbrahimli Məhəmməd Bağırovun korrupsiya
əməlləri barədə müxtəlif KİV-lərdə ifşaedici materiallar dərc edib. Elə bu
səbəbdən də Məhəmməd Bağırovun hədəfinə gəlib. Keçmiş şöbə müdiri bir neçə ay
əvvəl onun həbsinə nail olub. Ərşad İbrahimli 11 il azadlıqdan məhrum
edilib.
Bu
yaxınlarda isə Maliyyə Nazirliyi Kəlbəcər Təhsil Şöbəsində yoxlamalar aparıb.
Yoxlamalar nəticəsində Məhəmməd Bağırovun dövlət vəsaitini mənimsədiyi və
rüşvətxorluq hallarına yol verdiyi bir daha aydın olub. Bundan sonra barəsində
cinayət işi olan keçmiş şöbə müdirinin həbs olunması qərara alınıb. Amma bu həbsdən sonra da Kəlbəcər təhsilində olan
problemlər hələ də davam edir. Belə ki, RTŞ-nin müdir əvəzi Məhyəddin
Əbdürrəhmanov da əvvəlki müdir kimi öz işinin öhdəsindən gələ bilmir. Kəlbəcər təhsilindəki bu günkü durum haqda cumhuriyyet.az-a
məlumat verən mənbənin sözlərinə görə, günü, gündən çiçəklənən ciddi qanun
pozuntuları olan təhsil şöbəsində əvvəllər inspektor işləyən, indi də Kəlbəcər
təhsilinin müdir əvəzi M. Abdürrəhmənov (nazir Mikayıl Cabbarov onu hələ təsdiq
etməyib) bir vaxtlar saxta diplom biznesi ilə məşğul olub. Mənbənin dediyinə
inansaq görərik ki, Məhyəddin müəllim yaxın keçmişdə Müəllimlər İnistutunun
Gəncə və Qazax şöbələrində işləyən bir qrup vəzifəli şəxslərlə iş birliyi
quraraq, saxta diplom alveri ilə məşğul olmuşdur və satılan saxta diplomların
sahibləri əksəriyyəti Kəlbəcər məktəblərində işə düzəlib. Bu proses haqda
cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə köhnə əməllərini sığortalamaq
üçün M. Əbdürrəhmanov saxta diplom satdığı həmin Kəlbəcər sakinlərini təhsil
şöbəsində müvaviq vəzifələrə təyin edərək ikinci dəfə də həmin şəxslərdən
qazanc əldə edə bilib.
M. Əbdürrəhmanovun Kəlbəcər təhsil sistemindəki
əməlləri haqda cumhuriyyet.az-a daxil olan başqa bir xəbər isə xüsusilə maraq
doğurur. Belə ki, mənbənin sözlərinə görə rayon təhsilinin müdir əvəzinin yeni təhsil
ilinin ilk günündə atdığı addım böyük narazılıq yaradıb. Söhbət Masazır qəsəbəsində
yerləşən Kəlbəcər rayon 126 saylı tam orta məktəbə direktor təyin edilməsindən
gedir. Məlumat üçün bildirək ki, bu ilin yanvar ayında sözügedən məktəbdə
maliyyə yoxlaması keçirilmiş və ciddi qanun pozuntularına görə direktor Salman
Sultanov vəzifədən azad olunmuşdu. Bundan sonra 9 ay müddətində məktəbə rəhbər
şəxs təyin olunmadı. Yeni dərs ilinin ilk günüdə, sentyabrın 15-də isə M.Əbdürrəhmanov
sabiq direktorun həyat yoldaşı Sevda Bayramovanı məktəbə direktor təyin edib.
Mənbəmizin bildirdiyinə görə bu təyinatın məktəb kollektivi tərəfindən böyük
narazılıqla qarşılanacağından xəbərdar olan təhsilinin müdir əvəzi yeni
direktoru kollektivə təqdim etməkdən belə çəkinib və bu haqda yalnız telefonla dərs
hissə müdirinə məlumat verib. Amma bununla belə M.Əbdürrəhmanova kollektivin
narazılığı çatdırılıb və o, maliyyə yeyintisinə görə vəzifədən alınan direktorun
yerinə onun həyat yoldaşının təyin olunmasının icra başçısı Aqil Məmmədovun
göstərişi olduğunu bildirib.
Onu da qeyid edək ki, Məhyəddin Əbdürrəhmanovun siyasi
keçmişi ilə bağlı çox ciddi məlumatlar əldə etmişik. Bu məlumatları
əməkdaşımızın araşdırmasından sonra oxuculara təqdim edəcəyik. Bizi izləyin
Short URL: http://www.cumhuriyyet.net/?p=16876