ABŞ İŞİD-ə qarşı quru qoşunları yeridəcək
31.01.2015 - 11:00

ABŞ İŞİD-lə mübarizə zəminində İraqa quru qoşunları yeridə bilər.
ANS PRESS-in məlumatına görə, bu sözləri Pentaqon rəhbəri Çak Heygel CNN-ə müsahibəsi zamanı deyib.
Lakin Ç.Heygel amerikalı əsgərlərin çox güman ki, təmas xəttində
olmayacaqlarını, döyüşə qatılmayacaqlarını əlavə edib. Heygelin
sözlərinə görə, onların işi kəşfiyyat və yerli güc strukturlarına dəstək
olacaq.
Amerikalı əsgərlərin İraqa yeridilməsinə ehtiyacın nə vaxt yarana biləcəyi barədə suallara isə Heygel münasibət bildirməyib.
Qeyd edək ki, hazırda ABŞ İŞİD-ə qarşı yalnız hava hücumları ilə mübarizə aparır.
Xatırladaq ki, 2014-cü il ərzində İŞİD İraq və Suriyada böyük
şəhərləri ələ keçirib. Terrorçu təşkilatla mübarizədə hakimiyyət
qüvvələri, beynəlxalq koalisiya, İraq və Suriya kürdləri iştrak edirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=16877