Hərdən bazara da getmək lazımdır…

16.12.2021 - 19:58

– Əgər rayon rəhbəri bazarda qiymətlərin qalxması ilə bağlı söz-söhbəti eşidirsə və buna reaksiya vermirsə, demək bir azdan o bazar, necə deyərlər, “od tutub yanacaq”…

Hələ 3-4 il qabaq Rəcəb Babaşova “deyəsən hərdən bazara da baş çəkirsiniz, xeyir ola?” sualıma ondan aldığım cavabla başladım bu yazını.

Bilirsiniz niyə? Çünki bir sıra yerlərdə rayon rəhbərləri bazara getməkdən sanki çəkinirlər. “Birdən sorğu-suala tutarlar” kimi yanaşma, əksinə, bazarlarda qiymətlərin bəzən süni şəkildə qalxmasına şərait yaradır. Amma bazara getmək lazımdır, özü də mütləq. Axı, orada satan da sənin sakinindir, alan da, onlara bu şəraiti yaradan da.

Artıq neçə illərdir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vaxtaşırı şəhərdəki bazarlara baş çəkir, qiymətlərlə, satılan məhsulların keyfiyyəti, sanitariya şəraiti ilə maraqlanır.

Bazarda qiymətlər niyə qalxsın? Bu sual Rəcəb Babaşovu həmişə düşündürüb və çalışıb ki, səbəbini özü araşdırsın. Amma bunun üçün bazara getmək, alıcılarla, satıcılarla, bazar rəhbərləri ilə, digər müvafiq qurumların nümayəndələri ilə görüşmək lazımdır. Əgər bazarın yiyəsi “yer pulu” deyilən bir anlayışı öz bildiyi kimi dərk edirsə, təbii ki, qiymətlər sabit olmayacaq. Yox, gigiyena-epidemologiya mərkəzinin işçisi təmizliyə riayət etmək məsələsini arxa planda qoyub başqa xoşagəlməz tələb irəli sürürsə, həm bazarda antisanitariya yaranacaq, həm də satıcı qiymətini bir qədər də artıracaq. Hamısını sadalamırıq, çox şərtlər var ki, bazara təsir edir. Yəni, bunlar hamısı bir-biri ilə bağlı, zəncirvari məsələlərdir…

Rayon rəhbəri bu dəfə şəhərin mərkəzində “Nazim” MMC-yə məxsus mərkəzi bazarda və “Nərgiz” Ticarət Mərkəzində oldu, sakinlərlə səmimi söhbət etdi, qiymətlərlə maraqlandı, öz təkliflərini və tövsiyələrini bildirdi. Rəcəb Babaşov bazarda yaradılan səliqə-sahman, satılan hər bir məhsulun keyfiyyəti ilə maraqlandı. Əhalinin sağlamlığının qorunması baxımından keyfiyyətə, xüsusilə indi, pandemiyanın tüğyan etdiyi bir vaxtda, sanitariya qaydalarına ciddi əməl olunmasının çox vacib məsələ olduğunu diqqətə çatdırdı. Bazarda sakinlərin daha rahat şəkildə hərəkət etməsi üçün yaradılan şəraitlə tanış olan icra hakimiyyətinin başçısı bununla bağlı bir daha aidiyyatı şəxslərə tapşırıqlarını verdi.

Hiss olunurdu ki, bazara gələnlər də, satıcılar da belə bir gözlənilməz gəlişdən razıdırlar. Rayon rəhbərliyi tərəfindən bazara nəzarət bu ölkədə heç nəyin diqqətdən kənarda qalmadığının daha bir bariz nümunəsidir. Rəcəb Babaşovun onun ətrafına toplaşanlara üzünü tutub “bəzən bu “başçı” sözünü heç cür qəbul edə bilmirəm, içi mən qarışıq, biz hamımız icraçılarıq, cənab Prezidentin tapşırıqlarını yerinə yetirənik” deməsi isə bu söhbəti bir qədər də səmimi səmtə yönəltdi, daha isti etdi, sakinlərin sanki ürəyindən xəbər verdi…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168806

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930