Ermənistan ordusu Ağdam istiqamətində diversiya həyata keçirdi

31.01.2015 - 20:03

Bu
dəqiqələrdə Dağlıq Qarabağdakı qondarma erməni rejiminin “müdafiə
nazirliyi” düşmən ordusunun təmas xəttinin şərq istiqamətində həyata
keçirdiyi “cəza əməliyyatı” barədə məlumat yayıb.

Virtualaz.org news.am saytına istinadən xəbər verir ki,
məlumatda iddia edildiyinə görə, bu əməliyyat nəticəsində təmas xəttinin
şərq istiqamətində (Ağdam) Azərbaycan ordusunun iki mövqeyi, habelə bir
minik avtomobili sıradan çıxarılıb.
Təmas xəttinin bu istiqamətinin başqa hissəsində isə Azərbaycan ordusunun iki əsgərinin vurulduğu iddia edilir.
Virtualaz.org saytı bu məlumatla bağlı Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlıya müraciət edib.
V.Dərgahlı “məsələdən məlumatlı olduqlarını, əgər Müdafiə
Nazirliyinin rəsmi bəyanatı olacaqsa, nazirliyin saytında
yerləşdiriləcəyini” deyib.
Azərbaycan ordusunun bu gün ərzində itki verib-vermədiyi haqda
suala isə V.Dərgahlı şərh verməyib, nazirliyin rəsmi bəyanatını izləməyi
məsləhət görüb.
Xatırladaq ki, bundan əvvəl Ermənistan prezidenti Serj Sərkisyan
Azərbaycanı “preventiv zərbələrlə” hədələmişdi və erməni ordusunun təmas
xəttində hücum əməliyyatları keçirə biləcəyini demişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=16883

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728