Kənd məktəblərində biabırçı vəziyyət
İqtisadçı-ekspert Rövşən Ağayev təhsil müəssisələri ilə bağlı araşdırma aparıb.
Bu barədə R.Ağayev özü məlumat yayıb.
İqtisadçının sözlərinə görə, əyalətdə 3500 məktəb var. Kəndlərdə
qızların təhsildən yayınması, 11-ci sinfi bitirənlərin azlığı diqqət
çəkir. 11-ci sinif şagirdlərinin imtahanlarda göstərdiyi nəticənin az
olması da diqqətdən yayınmır: “Hələlik 10-a yaxın kənd məktəbinin
nəticələrini təhlil etmişik. Onlardan 3-nün vəziyyəti acınacaqlıdır.
Məsələn, məktəblərin 3-nü 2012-ci ildə 9 nəfər bitirib, onlardan cəmi 3
nəfəri təhsilini davam etdirərək 2014-cü ildə 11-ci sinfi bitirib. Bu 3
nəfərin hamısı buraxılış imtahanlarından ən azı birindən kəsilib.
Digər məktəbi 2012-ci ildə 4 nəfər bitirib, onlardan heç biri buraxılış
imtahanlarını müvəffəqiyyətlə başa vura bilməyib. Görünür, təkrar
imtahan veriblər deyə 2014-cü ildə həmin kənddə 4 nəfərin 11-ci sinfi
bitirdiyi məlum olur. Amma bu 4 nəfərin hamısı buraxılış imtahanlarının
ən azı birindən yenə də kəsilib”.
R.Ağayev deyib ki, digər kənddə 5 nəfər 9-cu sinifi bitirib, onların
hamısı oğlandır. Belə çıxır ki, həmin kənddə 11 illik təhsil bir yana,
qızlara heç 9 illik təhsil almağa da şərait yaratmırlar.
qrızların yaşadığı Qrız kəndində məktəbin vəziyyətini əks etdirən foto
yayılıb. Həmin fotoda məktəbin təmirsiz, sinif kimi istifadəyə yararsız
olduğu göstərilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=16888