Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ ərazisində iğtişaş başlayıb

01.02.2015 - 11:08

“Əraziyə gələn yüzlərlə polis və hərbçi maşınlarda olan qadın və uşaqları döyməyə və daşqalaq etməyə başladı”
Ermənistanda fəaliyyət göstərən “Rejimsiz 100 il” hərəkatının aksiya keçirmək istəyi polis hücumu və silahla qarşılanıb.
 
APA-nın 1in.am saytına istinadən verdiyi xəbərə görə,
təşkilatçıların hələ yanvarın 19-da keçirməyi planlaşdırdıqları
avtoyürüşü qondarma “Dağlıq Qarabağ” separatçı rejiminin nümayəndələri
təxirə salıblar. Onlar bu yürüşün Ermənistanın işğal etdiyi ərazilərdə
məskunlaşmış ermənilərinin rəsmi İrəvana olan “inam və etimadını sarsıda
biləcəyini” bildiriblər. Buna görə də yürüşün təşkilatçılarından biri
olan Jirayr Sefilyana müraciət edərək, tədbiri keçirməməyə çağırıblar.
 
Təşkilatçılar bu gün yürüşü keçirməyə qərar veriblər. Lakin
separatçı rejimin nümayəndələri 43 avtomobildən ibarət maşın karvanının
işğalda saxladıqları Azərbaycan şəhəri Şuşaya girişinin qarşısını alıb.
 
Məlumata görə, maşın karvanı ərazidəki yüksəkliyə yaxınlaşdıqda
mülki geyimli, üzü maskalı silahlı şəxslər və yüzlərlə polis onlara
hücum edib.
 
 
“Jirayr Sefilyan və digərləri maşınlardan düşərək silahlı şəxslərlə
danışmağa cəhd edib, lakin bu an əraziyə gələn yüzlərlə polis və hərbçi
maşınlarda olan qadın və uşaqları döyməyə və daşqalaq etməyə başladı.
Onlar bizi təhqir edərək, maşından çıxarmağa çalışırdılar. Maşınlarda
olanların telefonlarını, sürücülərdən avtomobillərin açarlarını
götürdülər. Belə bir şey heç martın 1-də də olmamışdı, bu 1 Mart
hadisələrinin daha kobud təkrarı idi. Jurnalist Anuşav Şahnazaryanı
hazırda xəstəxanaya aparılır. O baş nahiyəsindən xəsarətlər alıb,
başdan-ayağa qan içindədir”, deyə hərəkat üzvü Süzan Simonyan bildirib.
 
Məlumatda qeyd olunub ki, Jirayr Sefilyan və yürüşün digər üzvləri də xəsarət alıb.

  • Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ ərazisində iğtişaş başlayıb - FOTO <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir323/img1736304.jpg' target='_blank'>Yüklə

Short URL: http://www.cumhuriyyet.net/?p=16889

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728