Azərbaycanda xüsusi vergi rejimi tətbiq olunacaq

01.02.2015 - 11:47

Qiymətli kağızlar bazarında xüsusi vergi rejiminin tətbiqinə 2016-cı ildən başlana bilər 
Azərbaycanın qiymətli kağızlar bazarında xüsusi vergi rejiminin
tətbiqinə 2016-cı ildən başlana bilər. Bu barədə Trend-ə Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.
O deyib: “Dünya praktikasında qiymətli kağızlar bazarında əməliyyatlar
üçün vergitutma və vergi rejimi spesifikdir. Р’ununla əlaqədar maliyyə
bazarının bu seqmentinin az və ya çox daha fəal fəaliyyət göstərdiyi
ölkələrin əksəriyyətində belə əməliyyatlar üçün xüsusi vergi rejimi
mövcuddur. Onlar hətta maliyyə bazarının digər seqmentlərinə, yəni
banklardan və sığorta şirkətlərindən vergitutmaya nisbətən
spesifikdirlər. Biz iki il bu məsələni öyrəndik və ötən il Vergilər
Nazirliyi ilə birgə qiymətli kağızlar bazarındakı əməliyyatlar və
alətlər üçün vergi rejimi işləyib hazırladıq”.
Aslanlının sözlərinə görə, qanun layihəsi artıq hazırdır və dövlət
büdcəsi gəlirləri ilə bilavasitə əlaqəsi olan fiskal orqan kimi Maliyyə
Nazirliyinə təqdim edilib: “2016-cı ilin büdcə prosesləri, eləcə də
Vergi Məcəlləsinə düzəlişlər çərçivəsində tezliklə müzakirələr
başlanacaq və ümid edirəm ki, maya kimi artıq fond bazarı üçün vergi
rejimi üzrə müvafiq qərar qəbul ediləcək. Əgər hökumətdə müsbət qərar
verilərsə, o zaman 2016-cı ildən bu rejim qüvvəyə minə bilər”.
QKDK sədri, həmçinin investisiya fondlarından vergi tutulması
məsələsinə də toxunub: “Azərbaycanda investisiya fondlarının fəaliyyəti
üçün hüquqi baza 2010-cu ildən mövcuddur və onlardan vergi tutulması
müəyyən spesifikaya malikdir. Ona görə də biz onlar üçün xüsusi rejim
işləyib hazırlamışıq”.
Aslanlı əlavə edib ki, qiymətli kağızlarla əməliyyatların, eləcə də
maliyyə vasitəçilərinin və institutların dərin təhlili və təsnifatı
aparılıb və bunula əlaqədar müəyyən dəqiqləşdirmələr mövcuddur: “Eləcə
də biz istiqrazlarla əməliyyatlardan vergilərin tutulması rejiminin
təkmilləşdirilməsini təklif edirik. İstiqrazlar iki növ gəlir gətirirlər
– toplanan faizlərdən və alqı-satqı arasındakı qiymət fərqlərindən.
İstiqrazlar üzrə faiz gəlirlərindən 10 faiz, digər gəlirlərdən 20 faiz
vergi tutulur. Qiymətli kağızlarla, eləcə də derivativlərlə əməliyyatlar
zamanı bir sıra xüsusi məqamlar var. Ona görə də borc alətləri ilə
əməliyyatlardan vergilərin tutulmasını təkmilləşdirməyi və
dəqiqləşdirməyi təklif edirik”.
Eləcə də qiymətli kağızların saxlanması xidmətlərinin maliyyə
xidmətləri bazasına daxil edilməsi və qiymətli kağızların ƏDV-dən
[ölkədə bu verginin dərəcəsi 18 faiz təşkil edir] azad edilməsi təklif
olunur.
 
Aslanlının sözlərinə görə, QKDK səhmlərin açıq yerləşdirilməsinin (IPO)
stimullaşdırılması, o cümlədən müəyyən zaman dövründə vergi tətilinin
tətbiqi üzrə təkliflər paketi də işləyib hazırlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=16892

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728