Obamaya “quduz it” dedi

01.02.2015 - 13:06

Kim Çen İn: “Bizim quduz itlərlə danışıqlar aparmaq niyyətimiz yoxdur”
Kim Çen In Amerika ilə dialoq aparmaq niyyətində deyil.

ANS PRESS-in məlumatına görə, Şimali Koreyada keçirilən növbəti hərbi təlimlər zamanı ölkə rəhbəri sərt bəyanatlar verib.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) prezidenti Kim Çen In həm
də bildirib ki, Koreya istənilən müharibəyə, hətta nüvə müharibəsinə
belə hazırdır.

Şimali Koreya lideri hərbi təlimlərdəki çıxışı zamanı Amerikaya qarşı
sərt ifadələr işlətməkdən çəkinməyib. “Bizim quduz itlərlə danışıqlar
masası arxasında oturmaq niyyətimiz yoxdur. Biz istər adi silahla,
istərsə də nüvə silahı vasitəsi ilə istənilən müharibəyə cavab verməyə
hazırıq”- deyən Kim Çen In ABŞ prezidentini təhqir edib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Barak Obama amerikalılara
Şimali Koreya rejiminin süqut edəcəyinə söz vermişdi. Bundan sonra
KXDR-in Daxili İşər Nazirliyi nümayəndəsi Obamanın bu sözlərini “bəxti
gətirməyənin miskin donqultusu” adlandırmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=16894

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728