Evdən 5 meyit çıxdı

01.02.2015 - 22:00

Qatilin ölənlərdən birinin əri olduğu bildirilir

” WSB-TV”in xəbərində deyilir ki, Corciya ştatında 26 yaşlı kişi LaGrange-də baş vermiş qətl hadisəsinə görə şübhəli şəxs qismində axtarılır. Polis bildirib ki, onlar şənbə günü axşam saat 10 radələrində mənzildə 5 nəfərin meyitin tapıblar. Hazırda axtarışda olan Tomas Cesse Li ölən xanımlardan birinin həyat yoldaşıdır. 
Qeyd olunur ki, öldürülmüş şəxslərdən biri uzun müddət işə çıxmadığına görə polislər onu axtarmağa qərar veriblər. Öənləri yaşı isə 16-60 arasındadır. Öənlərin 4-ü qadın, 1-i isə kişidir.
Axtarış zamanı polis mənzildən silah tapmayıb. Ancaq polis bildirib ki, öldürülmüş 5 nəfərdən 4-ü məhz güllə yarasından həyatını itirib. Öənlər arasında ər-arvad da var. Onların qətl törədilmiş evin sahibidir. 2 qadın isə ailə üzvüdür. 1 qadın isə sadəcə qətl törədilən zamanı həmin evdə qonaq olub. 
“Tomas Cesse Li burada yoxdur, bizə elə gəlir ki, mənzildə nəyə görə isə mübahisə düşüb. Ancaq bu işdə qaranlıq məqamlar çoxdur”, yerli polisin nümayəndəsi Stevart Smis deyib. 
Polis bildirib ki, şübhəli şəxs “Mazda Tribute” markalı maşınladır. “Biz onu tapmaq üçün bütün yollara baş vurmuşuq. Hətta telefon və sosial mediada da axtarışdayıq. Biz vətəndaşlardan da rica edirik. Kimsə onu görsə, dərhal bizə xəbər versin”, polis yetkilisi deyib. 

Short URL: http://www.cumhuriyyet.net/?p=16904

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728