“Ona siyasi və ictimai həyatda yer yoxdur” – Abbas Abbasova ultimatum
“Həmin insanlar sırf öz
maraqları və ambisiyalarına görə, iki dövlət arasındakı dostluq
münasibətlərini bir qələmlə silməyə razı olanlardır”
ÜmumRusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk regional
nümayəndəliyi “AzərRos” Ağsaqqallar Şurasının keçmiş sədri Abbas
Abbasovun son günlər tutduğu anti-Azərbaycan mövqeyinə və “AzərRos”un
saytında yerləşdirilmiş Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğluna qarşı təhqir dolu yazıya etiraz bəyanatı ilə çıxış ediblər.
Moderator.az urovak.ru saytına istinadən həmin müraciəti rusdilli oxuculara təqdim edir:
Ümumrusiya Azərbaycanlılar Konqressinin
Ulyanov Regional Bölməsinin üzvlərindən
Rusiya azərbaycanlılarına açıq müraciət
Bu günlərdə FNKA AzərRos-un rəsmi saytında Azərbaycan Respublikasının
Rusiyadakı səfirliyinin fəaliyyətini qınayan məqalə dərc edilib.
Məqaləyə əsasən, səfirliyin rəhbərliyi müxtariyyət daxilində parçalanma
yaradır və bununla da Rusiyadakı azərbaycanlıları nüfuzdan salır. Bu
məqalələr ciddi daxili münaqişə zəmnində ortalığa çıxıb və həmin
məqalələr əslində FNK-nın fəaliyyətinə təsir etmək məqsədi daşıyır.
Böyük ehtimalla bu Ağsaqqallar Şurasının keçmiş başçısı Abbas Abbasovun
nəzər nöqtəsinin bəhrəsidir.
Biz, Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk Regional Bölməsinin
üzvləri, (ÜAK URB) heç də digər bir təşkilatın işlərinə qarışmaq və ya
müdaxilə etmək istəmirik. Bunu da etməyəcəyik. Lakin baş verənlər bizi,
Rusiya azərbaycanlıları kimi narahat etməyə bilməz. Çünki biz
azərbaycanlılar burada məhz Azərbaycanın nüfuzu üçün fəaliyyət
göstəririk. Biz istənilən bir təşkilata və birliyə, eyni zamanda
Azərbaycan və Rusiya dövlətləri arasında dostluq yaratmağa müvəffəq olan
həmin təşkilatın rəhbərliyinə uğur arzulayırıq. Biz istəyirik ki, bizi
Rusiyada düzgün, məsuliyyətli, sözübütöv və dərrakəli bir vətəndaş kimi
qəbul etsinlər, iradələri möhkəm bir qüvvə kimi tanısınlar. Lakin
tanınmış bir təşkilatın rəsmi saytı açıq şəkildə insanların ünvanına,
xüsusən də Azərbaycan Respublikasının Prezidenti tərəfindən Rusiyada
səlahiyyətləndirilərək Azərbaycanın maraqlarını təmsil edən diplomatlara
qarşı təhqirəmaiz ifadələr işlədilməsinə yeganə mümkün qiymət verə
bilərik-bu dağıdıcılıqdır. Bu bizim xalqımızın nüfuzuna zərər vermək
üçün hesablanıb. Bu hərəkət ilk növbədə bizim illərlə əldə etdiyimiz
dostlıuq münasibətlərinə və bu münasibətlərin möhkəmlənməsinə
hesablanmış fəaliyyəti bir qələmlə silmək deməkdir! Qərara gəlinib ki,
bu məqalələrin saytda dərc edilməsinə qərar verən insanlar ilk növbədə
bütövlükdə Azərbaycana və azərbaycanlılara zərər vermək məqsədi
güdənlərdir. Həmin insanlar sırf öz maraqları və ambisiyalarına görə,
iki dövlət arasındakı dostluq münasibətlərini bir qələmlə silməyə razı
olanlardır. Biz onları dayanmağa və öz xalqına zərər verməkdən vaz
keçməyə çağırırıq!
Ümumrusiya Azərbaycan Konqresinin Ulyanov Regional Bölməsi Ulyanov
əyalətində 10 ilə yaxındır fəaliyyət göstərir və bu zaman ərzində bir
çox nailiyyətlər əldə edə bilmişdir. Bu nailiyyətlərdən ən böyüyü odur
ki, Rusiyada ilk olaraq ümumilli Liderimiz Heydər Əliyevin abidəsini
ucaltmağa müvəffəq olmuşuq. Eyni zamanda qeyd etməyə bilmərik ki, Rusiya
və Azərbaycan prezidentlərinin bizim şəhəri ziyarət etməsi də təqdirə
layiq hadisədir. Biz bütün xırda və böyük işlərimizdə Azərbaycanan
Səfirliyinin böyük dəstəyini həmişə hiss etmişik. Qeyd edim ki, biz
bundan sonra da Azərbaycan səfirliyinə müdrik tövsiyyələr almaq üçün
müraciət edəcəyik. Biz FNKA Azər Rosun Ulyanovda şöbəsinin yaradılması
məsələsini eşidəndə sevinmişdik və bu xəbəri çox doğru addım kimi qəbul
etmişdik. Çünki birgə fəaliyyət göstərərək Azərbaycanlıların nüfuzunun
daha da artıracağımıza inanırdıq. Amma təəssüf ki, gözləntilərimizin
əksinə olaraq “AzərRos”un Ulyanov şöbəsi yaradılan gündən bizimlə
əməkdaşlıq etmək əvəzinə, bizə qarşı fəaliyyət göstərməyə başladı. Açıq
şəkildə sifariş olunan yazıları şübhəli mətbuat orqanlarında dərc
etdirməklə FNKA-nın Ulyanov şöbəsinin rəhbərliyi bizə dəfələrlə şər və
böhtan atıldı. Bu günə qədər Ulyanov azərbaycanlıları yerli
ictimaiyyətin gözündə vahid bir cəmiyyət kimi görünürdü. Həmin
hərəkətlərdən sonra isə bir dəfələrlə bu kimi fikrləri eşitmək
məcburiyyətində qalırıq: “Başqa bir ölkəyə gəlib yaşamaqlarını bəs
deyilmiş kimi öz aralarındakı məsələni də burada həll edirlər!” Ona görə
də AzərRos-un bu cür hərəkəti bizim xalqın nüfuzuna böyük zərbə vurdu.
Biz prinsip etibarilə onlarla mübahisə etməkdən çəkindik. Və bu günə
kimi biz öz opponentlərimizin bütün hücum və təhqirlərinə cavab
verməmişik. “AzərRos”un rəhbərliyinə sadəcə xəbərdarlıq etmişik. Sadəcə
onlar heç zaman bütün bu xəbərdarlıqlara əhəmiyyət verməyiblər. ÜAK-nin
aktivistlərinin sözlərinə görə, hamıya məlumdur ki, azərbaycanlılar
arasında mübahisə, ikitərəlik, parçalanma yaradan elə AzərRos-un özüdür.
Yaxşı ki, nəhayət o təşkilatın daxilində kirli siyasi oyunların
oynanılmasından bezən şəxslər tapıldı. Həmin adamlar bu gün dəyişiklik
tələb edirlər. Azərbaycan və Rusiyanın adına real işlər görmək
istəyirlər. Biz istəyirik ki, bu muxtariyyətlə nəhayət ki, onun nə üçün
yaradıldığını dərk edənlər məşğul olsun və bütün Rusiya
azərbaycanlılarını vahid bir yumruq kimi birləşdirə bilsin. Buna görə
ilk növbədə ictimaiyyət qarşısında sərgilənən münasibətlərin həllini
toparlamaq lazımdır. Azərbaycan və azərbaycanlıları nüfuzdan salmaq
lazım deyil! Bəsdirin! Kim ki, bütün bunlarla razı deyil, ona siyasi və
ictimai həyatda yer yoxdur!
Bütün həmvətənlərimizi qardaşlıq, dostluq və qonşuluq naminə birləşməyə
çağırırıq. Gəlin öz xalqımızın nüfuzunu və müxtariyyətini
möhkəmləndirək. Bizləri parçalayan nə varsa ona qarşı birlikdə mübarizə
aparaq!
Short URL: http://www.cumhuriyyet.net/?p=16909