Həbsxanada zorlandığı iddia olunan Lamiyənin videosu yayıldı

01.02.2015 - 22:38

 

“Baladı, əzizdi”.

Həbsxanada zorlandığı bildirilən, uşaq
dünyaya gətirən Lamiyə Quliyevlə bağlı hamının marağına səbəb ola
biləcək material yayılıb. 

 Kənd Təsərrüfatı nazirinin keçmiş müavini
Aslan Aslanovun oğlunu öldürən Lamiyə Quliyevanın iki il əvvəl çəkilən
videosunu əldə edib. Videoda Lamiyə Quliyeva həbsxanaya düşməsinin
acısından danışır, belə bir taleyi heç kimə arzulamadığını deyir. O,
danışığı zamanı ad çəkməsə də, Aslan Aslanovla bağlı fikirlərini
açıqlayır: “Valideynlərin heç bir günahı yoxdur. Valideyn neyləsin, lap
övladı pis də olsa… Əlbəttə ki, balası ölüb… Acığından nə desə edə
bilər… Baladı, əzizdi”.

O, baş verən hadisədən peşmançılıq
çəkib-çəkmədiyi barədə bunları deyib: “İstəməzdim hər şey bu cür
alınsın. Peşmançılıq ona görə çəkirəm ki, mamam tək qalıb, özüm
azadlıqdan məhrum olmuşam, tay-tuşumdan seçilmişəm”.

Bildirək ki, video İctimai Televiziyanın
2013-cü ildə qadın məhkumlarla bağlı hazırladığı verilişdən götürülüb.
Həmin vaxt Lamiyə məsələsi aktual olmadığından bu, diqqət çəkməyib. 

Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı
olmuş V.Əliyev 2003-cü ilin mayında o dövrdə Şəmkirin icra başçısı olan
Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər. L.Quliyeva 10
il, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum
olunublar. 

L.Quliyevanın həbs müddəti 2012-ci ildə 5 il
6 ay müddətinə uzadılıb. Əgər bu qərar olmasaydı, məhkum qadın 2013-cü
ilin mayında azad olunmalı idi.

Short URL: http://www.cumhuriyyet.net/?p=16912

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728