Qobustan həbsxanasında nə baş verir?
Qobustan həbsxanası qapalı tipli cəzaçəkmə müəssisəsidir. Azərbaycanın
paytaxtı Bakı şəhərindən 70 km məsafədə yerləşir. Əsasən, təhlükəli
cinayətkarlar, ömürlük və uzunmüddətli dustaqlar, rejim qaydalarını
pozanlar üçün nəzərdə tutulub. Bura
250 nəfər ömürlük olmaq şərtilə 700 nəfər dustaq üçündür. 1994-1999-cu
illərdə hərbi əsirlər üçün düşərgə kimi istifadə olunub.
Mətbuatda bu həbsxanada baş verənlərlə bağlı nadir hallarda məlumat gedir. Bu yaxınlarda Ömürlük dustaqların hüquqlarını müdafiə komitəsinin rəhbəri Müslümat Rzaxanova qafqaznews.org-a müraciət
edib. Onun sözlərinə görə, Qobustan həbsxanasında supermarket açılıb: ”
Bu məsələ məhkumlar arasında narazılığa səbəb olub. Çünki məhkumlara 25
manatdan artıq pul verilə bilməz. Ona görə də dustaqlar zəruri olan
ərzağı bu supermarketdən ala bilmirlər”.
Müslümat
Rzaxanova həbsxana rəhbərliyinin tətbiq etdiyi yeni qaydalardan da
danışdı: ” Yeni qaydaya uyğun olaraq dustağa 31 kq-dan artıq ərzaq
vermək olmaz. Əgər dustaqlar evdən zəruri ərzağı almasalar , sadəcə məhv
olarlar”.
Müxbirimizin
“Nə üçün?” sualına Rzaxanova belə cavab verib: ” Çünki həbsxanada
verilən ərzaqlar çox aşağı keyfiyyətlidir. Düzdür, Fikrət Qafarov
həbsxanaya rəis təyin olunandan sonra ərzaqla təminat məsələsi xeyli
yaxşılaşmışdı. Ancaq son vaxtlar ərzaq məsələsi yenə də pisləşib”.
Biz
bu məsələ ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin
mətbuat üzrə köməkçisi Yaşar İsakovla əlaqə saxlamağa çalışsaq da,
mümkün olmadı.
Short URL: http://www.cumhuriyyet.net/?p=16914