Sürücü Azərİnşaat MMC-dən şikayət etdi

02.02.2015 - 00:32

Azərİnşaat MMC işçilərin haqqlarını necə yeyir?


Sürücü İlham Kazımovun şikayətini olduğu kimi dərc edib sizə çatdırırıq:
“Mən
Kazımov İlham Albaba oğlu Lia.az saytına informasiya verərək bildiriəm
ki, 2010-cu ilin aprel ayından Azərİnşaat MMC deyilən Dövlət Yol
Şirkətinin nəzdində olan türk firmasında işə düzəlmişəm.
Lahiyə
olaraq ilk işim bakı dairəvi yolunda olub. O vaxtdan bu günə kimi
işlədiyim müddətdə həftə sonları (altı- bazar günləri) işləməyimə
baxmayaraq, həmin günlərin pulu mənə ödənilməyib. Həftə ərzində 40 saat
işləməli olduğum halda 70 saat işləmişəm. İşlə bağladığım müqavilənin
bir kopyasının həmişə mənə verilməsini istəsəm də bu mənə verilməyib.
2012-ci ildən məni Sahil Tağıyev lahiyəsinə göndərdilər. Deməli yük
maşını sürdüyüm halda, indi su maşını sürməyə başladım. O vaxtdan bu
günə kimi də Sahil Tagıyev lahiyəsi bitdikdən sonra, Şamaxı yolu
lahiyəsində işə başladım. (Yəni 15-45 lahiyəsində)İşlədiyim bu dövrün
son 5 ayı ərzində yəni ötən ilin 2014-cü ilin avqust bəlkədə iyul
ayından mənimlə birlikdə işləyən 70 sürücüdən 56-sının maaşı 50 manat
qalxdı. Həmin 56 nəfər sürücü ilə yenidən 3 aylıq müqavilə bağlanıb.
Amma
nə üçün 70 sürücüdən 56-sının maaşının qalxması və həmin onlarla da
əmək müqaviləsinin bağlanmasının səbəbi isə məlum deyil. Yerdə qalan 14
nəfər isə 450 manat məvaciblə işləyir. Görəsən nə üçün 4 ay bundan əvvəl
işə düzələn sürücü 550 manat ödənildiyi halda, illərlə işləyən və
təcrübəli işçilər 450 manat məvacibə işləməlidir?( 4 mənim kimi sürücü
su maşınında 450 manat, 4 sürücü isə yük maşınında 450 manata işləyir)
Sual oluna bilər ki, mənim altı-bazar günlərini işlədiyim halda bu günə
qədər deməməyimin səbəbi nədir? Əslində mən həmin günlərin haqqının
ödənilməməsi ilə bağlı əmək müfəttişliyinə müraciət etmişdim. Onlarsa,
mənim şikayət ərizəmin əvəzinə, təqsirkar mənmişəm kimi mənə izahat
yazdırdılar. Müraciət etməzdən əvvəl isə bazar günləri işlədiyim halda
haqqının ödənilmədiyindən dolayı bir neçə ay işə çıxmaqdan imtina etdim
və işə çıxmadım. Düz 4 ay belə işlədim. Lakin dekabr ayının 1 də məni
şirkətdən çağıraraq, əmək müqaviləmin müddətinin bitdiyini dedilər və
məndən ərizə yazaraq işdən çıxmağımı istədilər. Mən isə etiraz edərək
bildirdim ki, mənim müqaviləmin bitmə müddətinin 2014-cü ilin mart
ayının 13 də bitə biləcəyini bildirdim.
Həmin
gündən mən rəsmən işə götürülmüşdüm. Əmək məcəlləsinə əsasən əmək
müqaviləsi bağlanır 1 ay müddətinə. Əgər həmin ay müddətində sınaq
müddətində səndən şirkət razı qalarsa, həmin şəxslə 3 aylıq müqavilə
bağlanılır. Daha sonra 6 aylıq müqavilə imzalanır. Sonra isə illik
müqavilə ilə əvəz olunur. Bu möhtərəm prezidentimizin sərəncamı əsasında
təsdiqlənmiş əmək məcəlləsinin qanunudur. Mən isə sözü gedən şirkətdə
çalışdığım müddətdə ilk dəfə müqaviləni 2010-cu ilin aprel ayında
görmüşəm. Yəni mənimlə şirkət arasında cəmi bir dəfə 1 ay müddətində
müqavilə imzalanıb. 4 ildir isə heç bir müqavilə imzalamadan işləyirəm.
2011-ci ilin dekabrın 31 günü məni çağıraraq, məni məcburən öz hesabıma
2012-ci ilin mart ayına qədər məni məzuniyyətə göndərdilər. (İşdən azad
etdilər. Yəni məzuniyyətə çıxardıqlarını bildirsələrdə daha sonra işdən
azad olunduğumu bildirdilər) 2012-ci ilin mart ayının 13-də isə məni
yenidən Sahil Tağıyev lahiyəsinə işə götürdülər.
Həmin
zaman mənimlə bu şirkət arasında ikinci müqavilə imzalandı. O
müqavilənin müddətidə bitir 2014-cü ilin mart ayının 13-də. Qanunla
təsdiqlənmiş formada desək hər bir iş yerində işçinin işinə xitam
verilməsi ilə bağlıə 2-3 ay əvvəlcədən xəbərdarlıq olunur. Bizə isə bu
cür xəbərdarlıq verilməyib. Mart ayında yenidən işə götürsələrdə və
müqavilə imzalansa da avqust ayından yenidən işdən azad olunmamı
bildirdilər. Mən bu qərar etiraz etdim. Lakin şirkət mənə kollektiv
müqavilə deyilən bir müqavilə tipli sənəd təqdim edərək buradakı
müddəalartla yaxından tanış olmağımızı bildirdilər. Bu müqavilədə isə
bzizim əslində 40 saat işləməli olduğumuzla bağlı məlumat öz təsdiqini
tapır. (İş saatı həftəlik 40 saatdır.) Eyni zamanda həmin kollektiv
müqavilənin üzərində mənimlə imzalanan müqavilə 2014-2017 ci illəri
əhatə edir.
Azərİnşaat
MMC şirkətinin texniki servis xidmətinin rəhbəri Oktay adlı şəxs mənim
işdən çıxarılmağımla bağlı mənə bildirdi. Mənim işdən azad olunmamın
birbaşa səbəbkarı Oktay müəllimdir. Mən həftənin 6-bazar günləri
işləməkdən imtina etdiyim üçün məni işdən azad edib. Çünki hamı işlədiyi
halda, mən qanuni 40 saatımı işləyirəm və artıq saatı qalıb onlar kimi
işləmirəm. Altı-bazar günü qanuni halda iş günü hesab olunmadığı halda
həmin günlərdə də maşınlar yanacaq alırdı. Bütün işçilərin həmin
günlərdə işləməsi ilə bağlı kadrlar şöbəsində gündəlik işə gəlib getməni
təsdiqləyən imza dəftərçəsində öz əksini tapır.
Əmək müfəttişliyində İlham adlı şəxs mənə altı-bazar günləri işlədiyimizi sübut edə bilməyəcəyimi bildirdi.
Əzizbəyov
dairəsində səhər saat 7 00 da avtobus orada dayanır. Saat 07: 30 da
işimiz başlayır və axşam 19:30 iş saatı bitir. Mənsə bütün bunları sübut
etmək məqsədi ilə həmin sürücülərin narazılıqlarını çəkib sizə təqdim
də edə bilərəm. Amma mənə sual olundu ki sən bununla nə edə biləcəksən?
Uzaq başı həmin şirkəti çərimələyib 1600 manat təzminat ala biləcəyik.
Bunun sənə nə faydası ola bilər?

Mən
isə həmin şirkətdən məni 4 ay müddətinə öz hesabıma məzuniyyətə
göndədikləri halda heç bir maddi vəsait ödənlmədiyini əsas gətirərək,
həmin vəsaititin mənə ödənilməsini və 40 saat işləməli olduğum halda 70
saat işlədiyimi nəzərə alıb bütün haqqım olan vəsaitin mənə verilməsini
tələb edirəm. (Lia.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=16917

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728