Ərdoğan ölümdən döndü

02.02.2015 - 02:51

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın keçəcəyi yolda olan
binalardan birinin həyətində partlayış baş verib. ANS PRESS-in yerli
mətbuata istinadən verdiyi məlumata görə, hadisə Ərdoğanın kortecinin
keçməsinə yarım saat qalmış Çankaya rayonunda baş verib.
Partlayışın baş verməsi ilə prezident keçəcəyi üçün yolda hərəkəti
tənzimləyən polis hadisə yerinə terrorla mübarizə şöbsinin və
partlayıcını zərərsizləşdirmə qrupunun əməkdaşlarını cəlb edib.
Hadisənin baş verdiyi yerdə çox sayda partlayışda istifadə olunan
partlayıcı vasitələr aşkarlanıb.
Ətrafda diqqətlə axtarış aparan polislər hadisə yerində daha bir
partlamağa hazır, kustar üsulla düzəldilmiş partlayıcı qurğu
aşkarlayıblar. Hadisə yerindən aşkarlanan partlayıcı qurğu və digər partlayıcı vasitələr araşdırılmaq üçün yerli polis idarəsinə aparılıb. Daha sonra prezident Ərdoğanın korteci yoldan keçib və ölkə başçısının
mühafizəçiləri hadisə yerinə qayıdaraq baş verənlər barədə polisdən
məlumat alıblar.
Faktla bağlı araşdırmalar davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=16919

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728