2021-ci ildə BNA-nın paytaxtda yol İnfrastrukturu sahəsində icra etdiyi işlərin hesabatı

05.01.2022 - 12:47

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq 2021-ci ildə Bakı şəhərində yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm layihələr icra edilib. Görülən işlər sayəsində hərəkət iştirakçılarının təhlükəsizlik səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb. Nəqliyyat vasitələrinin hərəkət növbəliliyi təmin edilib. Ümumilikdə isə son 6-ildə 70-ə yaxın küçə və prospektdə səkilər standartlara uyğunlaşdırılıb, əlçatanlıq səviyyəsi yüksəldilib və piyadaların rahat hərəkəti təmin edilib.

2021-ci ilin hesabatına əsasən piyadaların rahat və maneəsiz hərəkətinin təmin edilməsi xüsusilə diqqətdə saxlanılıb. İl ərzində paytaxtın 27 küçə və prospekintdə 120-ə yaxın eynisəviyyəli piyada keçidi təşkil edilib. 31 məntəqədə 179 ədəd piyada və nəqliyyat svetoforu quraşdırılıb. Nizamlanan piyada keçidlərində hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə 58 məntəqədə mövcud svetoforlara piyada seksiyası quraşdırılıb. 10 məntəqədə svetofor səs siqnalı ilə təchiz edilib.

4 küçə və prospektdə səkilər “ideal səki” tələbinə uyğunlaşdırılıb. 123 məntəqədə piyada yol göstəricisi nişanı quraşdırılıb.

19 taksi duracaq məntəqəsi təşkil edilib. İl ərzində Bilgəh qəsəbəsində əsasən istirahət mərkəzlərini əhatə edən 2 km-lik velosiped yolu təşkil edilib. Şəhər mərkəzində isə 7.5 km uzunluğunda velosiped yolunun tikintisinə başlanılıb. Pilot layihə olan bu yolun artıq ilk 2 km-ə qədər hissəsinə asfalt örtük vurulub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169215

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930