Deputat Tovuzda şəhid ailəsini ziyarət etdi

05.01.2022 - 15:23

Bu gün 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev şəhidin məzarını və ailəsini ziyarət edib. Reportyor.info xəbər verir ki, Vətən müharibəsində şəhid olan Tovuz rayonunun Aran Yanıqlı kəndindən Heydərov Vasif Nazim oğlunun məzarı üstündə dualar oxunub. O, 2020-ci il sentyabrın 27-də Fizulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yaşasaydı, 25 yaşı tamam olacaqdı. Deputat Arzu Nağıyev şəhidin məzarı önündə Ordumuzun və onun belə cəsur əsgərlərinin göstərdiyi şücaətdən danışıb, Qarabağın azadlığı uğrunda göstərdikləri qəhrəmanlıqdan söz açıb. Deputat qeyd edib ki, dövlətimiz hər zaman şəhid ailələrinə və qazilərə diqqət ayırır, onları bir an yaddan çıxarmır, hər bir problemlərinin həllinə dəstək olur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169217

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930