Paytaxtda piyada təhlükəsizliyi üçün işlər davam edir

06.01.2022 - 10:17

Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxt ərazisində piyada təhlükəsizliyi və rahatlığının təmin edilməsi, əlçatanlığın artırılması istiqamətində işlər davam etdirilir.

Belə ki, yüksək piyada intensivliyi və tələbatı nəzərə alınaraq, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yeni piyada səkisi inşa edilərək şəhər sakinlərinin istifadəsinə verilib.

Bu çərçivədə;

Səki üzərində gözdən əlil insanlar üçün hiss edilə bilən (taktil) döşəmələr yerləşdirilib;

Əlilliyi olan şəxslər, yaşlı insanlar və uşaq arabalarının rahat və təhlükəsiz hərəkəti üçün panduslar inşa edilib.

Hazırda Bakı şəhərinin bir sıra ərazilərində bu istiqamətdə işlər davam etdirilir. Piyadayönümlü şəhər daha təhlükəsizdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=169222

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728