Qarabağda ermənilər arasında qarşıdurma: təyyarələr havaya qalxdı
Qondarma Dağlıq Qarabağ rejimi ilə ermənilər arasında qarşıdurmanın
video görüntüləri yayılıb. Rst.az xəbər verir ki, görüntülər Yutub sosial şəbəkəsində
yerləşdirilib.
Videoda Qarabağ millətçiləri ilə separatçılar arasında qarşıdurma əksini
tapıb. 50-ə qədər avtomobillə Qarabağa gedən millətçilərin yolunu separatçılar
kəsir. Mitinq iştirakçıları rejimin pilotsuz uçan aparatla aksiyada iştirak
edənlərin görüntülərini əldə etdiyini və yaxın zamanlarda bundan onları həbs
etmək üçün istifadə edəcəyini bildiriblər. Qeyd edək ki, dünən Dağlıq Qarabağda Jerayr Səfilyanın başçılığı altında
“rejimsiz 100 il” adlı aksiya keçirilmişdi. Aksiyada 50-yə yaxın avtomobil
qatılmışdı. Daha sonra rejimin polisləri tərəfindən iştirakçılar və
jurnalistlər dəyənəklərlə döyülmüşdülər.
Videonu təqdim edirik:
Short URL: http://www.cumhuriyyet.net/?p=16925