İcra başçısının sürücüsü avtoşluq etdi

02.02.2015 - 11:31

 

Binəqədi Rayon İcra başçısının xidməti avtomobili bu dəfə də
yol-hərəkət qaydalarını kobudcasına pozub. Sosial şəbəkələrdə 10 AA 812 dövlət nömrə nişanlı, “Hunday
Equs” markalı avtomobilin yolun əksinə çıxaraq hərəkət etdiyi əks olunan video
yayılıb. Görüntülərdə həmin avtomobilin qəza şəraiti yaratdığı, önündə sayrışan
işıqların qaydalara zidd olduğu əks olunub.

Avtosfer.az-ın apardığı araşdırmalardan sonra məlum olub ki, həmin avtomobil
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xidməti
avtomobilidir.

İcra başçısının avtomobilini idarə edən sürücünün belə kobud şəkildə qaydanı
pozması birmənalı qarşılanmayıb. Vəzifə sahibi olan şəxsin sürücüsünün
avromobili bu cür idarə etməsi və qəza şəraiti yaratması hər şeydən öncə
başçının, həmçinin digər sürücülərin həyatını təhlükəyə atmaqla bərabər, ölkə
rəhbərliyinin tapşırıqlarına əməl edilmədiyi təsəvvürü yaradır.

O ki qaldı sayrışan işıqlara, yəni sirenaya, qanuna görə, bu işıqlardan
yalnız xüsusi təyinatlı və operativ nəqliyyat vasitələrində istifadə edilə
bilər. Lakin birmənalı şəkildə demək olar ki, icra başçılarının xidməti
maşınları nə xüsusi təyinatlı, nə də operativ nəqliyyat vasitəsidir. Adından da
göründüyü kimi o, sadəcə, xidməti avtomobildir.

Aparılan araşdırmalarımızdan o da məlum oldu ki, hazırda Xaləddin
İsgəndərovun xidməti avtomobilinin Dövlət Yol Polisinin elektron sistemində 6
MMX radarı var. Bundan əlavə, müxtəlif qayda pozuntularını əks etdirən 30-a
yaxın kamera görüntüləri də qeydə alınıb. Deməli, sürücü xidməti avtomobildə
qayda pozuntusunu qəsdən törədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=16926

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728